--- (8-08-2014, 14:18)
Aspirin ölüm hallarını azaldır
Aspirin mədə-bağırsaq xərçəngindən ölüm hallarını azalda bilər
Britaniya alimləri çoxsaylı müşahidələrinə əsasən hər gün aspirin həbi qəbulunun mədə-bağırsaqda xərçəngin inkişafını və bu xəstəlikdən ölüm hallarını azalda biləcəyini deyirlər.
Alimlərin iddiasına görə, yaşı 50-dən yuxarı olan britaniyalılar yaxın 10 il ərzində müntəzəm olaraq aspirin qəbul edərlərsə, bu, növbəti iki onillik ərzində 122 min ölüm halının qarşısını almağa kömək edə bilər.
Həkimlər eyni zamanda aspirinin daxili qanaxmaya səbəb ola bilməsini də nəzərdən qaçırmamağa çağıraraq dərmanı qəbul etməzdən əvəl həkimlə məsləhətləşməyi tövsiyə edirlər.
Virtualaz.org saytı BBC-yə istinadən xəbər verir ki, alimlərin gəldiyi bu nəticələr Londondakı The Queen Mary Universitetinin hesabatı "Annals of Oncology” jurnalında dərc olunub.
Alimlər aspirinin qəbul edilməsinin faydasını və ziyanını öyrənmək məqsədilə 200-dək pasiyenti müşahidə ediblər.
Dərmanın mədə-bağırsaq sistemi və qida borusunda xərçəngin inkişaf etməsinin qarşısının alınması və xərçəngdən ölüm hallarının sayının 30%-40% azalmasına səbəb olması aşkar edilib.
Aspirinin süd vəzi, prostat və ağ ciyər xərçəngindən ölüm hallarının azalmasına təsir etməsi barədə təsdiqləyici müşahidələr daha azsaylı və daha geniş yozumlara əsas verdiyi qeyd olunub.
Tədqiqata əsasən, aspirinin xərçəng əleyhinə şəfaverici təsirinin hiss edilməsi üçün dərman azı 5 il ərzində qəbul edilməlidir.
Tibbi araşdırma müəllifləri yaşı 50-dən yuxarı olan sağlam pasiyentlərə kiçik dozada aspirini təxminən 10 il ərzində hər gün qəbul etməyi məsləhət görürlər.
Ekspertlər xərçəngin bir sıra növlərinin qarşısının alınmasında aspirinin müsbət təsirini qeyd etməklə yanaşı, eyni zamanda bu dərmanın uzun müddət qəbul edilməsinin fəsadlarını da yaddan çıxarmamağa çağırırlar.
Asprinin uzun müdət ərzində qəbul edilməsi bəzi pasiyetnlərdə mədə-bağırsaq sistemində və beyində daxili qanaxmaya səbəb ola bilər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
23 07 2025
23 07 2025
23 07 2025
23 07 2025
23 07 2025