Hər il olduğu kimi bu il də yeni istifadəyə verilən yollarda çökmələr oldu ki, bu da həm həmin yoldan işləyən istifadəçilərin, həm də yolun tikintisinə məsul olan səlahiyyət sahiblərinin ürəyincə olmadı.Həmçinin dövlət büdcəsinə böyük məbləğdə ziyan oldu. DİA.AZ adalet.az-a xəbər verir ki, 2020-ci llin oktyabrında Prezident İlham Əliyev “Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzaladı. Yolunun tikintisinə 7,5 milyon manat ayrıldı.
Layihəyə əsasən 24 kilometr uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi aparıldı. İstifadəsinin bir ili tamam olar-olmaz, həmin Quba-Susay-Xınalıq avtomobil yolunun çökdyü haqqında xəbərlər ötən gündən bütün mediada işıqlandırıldı. Torpaq sürüşməsinin səbəb göstərildiyi çökmə yeni çəkilmiş olan Quba-Xınalıq yolunun Qrız kəndi yaxınlığındakı ərazidə baş verib. Bu ərazidə avtomobillərin hərəkət etməsi artıq mümkün deyil.
2021-ci ildə nə qədər yol çökməsi baş verib?
Bu il tək Qubada deyil, bəzi regionlarında, o cümlədən Qazada da yol çökməsi baş verib. Məsələn, 2021-ci ilin aprelində isə Qazax şəhərində altı ay əvvəl çəkilən yol çökdü. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirib ki, qurum şəhərdaxili yollara nəzarət etmir:“Orada yaranan hər hansı bir problemə cavabdehlik daşımırıq. Digər tərəfdən də şəhərlərdə bütün kommunikasiya xətləri yolların altı ilə keçir. Bir ərazidə iki kvadratmetrlik ərazidə yaranan problemin bütün yola aid edilməsi düzgün deyil.Yolun hər hansı bir hissəsində 2-3 metrlik problemin olması o yolun keyfiyyətli çəkilməməsi demək deyil”.
Əslində Azərbaycanın paytaxtı olan Bakı şəhərində demək olar ki ,hər ay yol çökməsi hadisəsi baş verirsə, rayonlarda baş verən çökmələri “qınamaq” bir qədər ədalətli alınmır. Gəlin, bu il üçün baş verən yol çökmələri ilə bağlı araşdırmamıza birgə nəzər
salaq:
1. Paytaxtın Yasamal rayonu ərazisində yolun bir hissəsi 2021-ci ilin 26 yanvarında çökdü. Söhbət rayonun Ümid Əkbərov 38 ünvanından gedir. Qeyd olunan ünvanda yolda baş verən sürüşmə nəticəsində ərazidən keçən qaz xəttinə və yüksək gərginlikli yeraltı elektrik xəttinə də ziyan dəydi.
2. 2021-ci il aprelin 8-i gecə saatlarında Qara Qarayev metrostansiyasının yaxınlığında, Əlif Hacıyev küçəsində yolun asfalt örtüyü kanalizasiya kollektorunun üst hissəsində dairəvi formada çökərək çuxur əmələ gətirdi. Məlumata görə, həmin yolun da təmirindən təxminən bir il ötmüşdü.
3. 9 apreldə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçələrində yolun asfalt-beton örtüyündə kiçik çökmələr qeydə alındı.
4.2017-18-ci ildə təmir olunan Səbail rayonu, Şeyx Şamil küçəsində də bu ilin iyun ayında yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayıldı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələdən xəbərdar olduqlarını bildirdi.
5.2021-ci il İyunun 5-də axşam saatlarında Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 108 ünvanında avtomobil yolunun çökməsi nəticəsində qaz təsərrüfatına ziyan dəydi.
6. Nəsimi rayonunda daha əvvəl -7 iyunda keçmiş “Təzə bazar”ın arxasındakı Mərdanov qardaşları küçəsi 59 ünvanında asfalt örtüyü dağılmışdı. 4 gündən sonra isə həmin hissə yenidən çökdü. Sakinlər küçədən azyaşlı uşaqların keçdiyini bildirdilər və ehtiyatsızlıqdan xəsarət ala biləcəklərindən narahat oldular. Bir kişi isə çuxura yıxılaraq ayağından xəsarət aldı.
7.Bu ilin sentyabrında isə Sumqayıt Dövlət Universitetinin qarşısındakı yol çökdü. Hadisə şəhərin Ağa Quliyev küçəsində baş verdi. Yolun çökməsi nəticəsində dərin quyu əmələ gəldi. Yenicə təmirdən çıxmış yolda yaranan vəziyyət avtomobillərin hərəkətini çətinləşdirdi.Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətuat katibi Anar Nəcəfli qeyd edib ki, burada əsas məsuliyyət təmir-tikintini aparan şirkətin üzərinə düşür:”Azərsu” ASC-nin Sumqayıt Sukanal İdarəsindən isə bildirilib ki, sözügedən yol gecə saatlarında çöküb. Tikintini həyata keçirmiş şirkətin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib və çökmənin hansı səbəbdən baş verdiyi məlum olub”.
8.2021-ci ilin 20 oktyabrında Sumqayıt şəhərinin Heydər Əliyev prospekti ilə Azərbaycan prospektlərinin kəsişməsində yol çökdü. Amma Sumqayıt Şəhər İcra Hakimiyyəti bildirdi ki, həmin ərazidən keçən kanalizasiya xətlərində sızma olduğu üçün “Azərsu” ASC-nin əməkdaşları tərəfindən qazma işləri aparılır. Hazırda problemin həlli istiqamətində işlər görülür”.
9.Ötən ayın 20-də paytaxtın Abbas Mirzə Şərifzadə 424A ünvanında da yol çökməsi olub. Azəristiliktəchizat ASC-nin xətti keçirdi. Sözügedən qurumun ərazidən keçən xəttində sızma olub. Bu səbəbdən də asfalt örtükdə enmə olub. Təxminən 2-3 kvadratmetrlik sahədə qazıntı aparıldı.
Yol niyə çökür?- Mütəxəssis fikri…
Bakıdan yolların və küçələrin çökməsinə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Əvəz Salamov hələ 2019-cu ildəki açıqlamasında bildirmişdi ki, yeni yollar çəkilən zaman və ya yollarda yenidənqurma işləri aparılarkən kanalizasiya xətləri mütləq şəkildə yoxlanılmalıdır: “Çox güman ki, yollarda baş verən çökmələrin səbəbləri yer altından axan nəzarətsiz sular və kanalizasiya xətləridir. Su axını yerin altını yuyur və müəyyən boşluqlar (çökəklik) yaradır. Bir müddət sonra da həmin ərazilərdə çökmə baş verir. Təəssüf ki, bizdə bu işlərə laqeyd yanaşılır.
Bakıda və regionlarda ərazilər yenidən öyrənilməlidir. Yol təkcə çökən hissədən ibarət deyil. Bu cür hadisə baş verirsə, həmin ərazinin yaxınlığında yerləşən ərazilər də dərindən öyrənilməlidir. Bakının kanalizasiya sistemi çox köhnədir. Artıq demək olar ki, istifadə müddəti bitib, borular çürüyüb.
Digər yandan da müxtəlif texniki su axıntıları da boruları sıradan çıxarır. Həmin yolun altı yuyulduğu üçün görünən hissədə yalnız zəif bir asfalt qatı qalıb deyə bilərik. Bu isə gec-tez çökməli idi”.
Çökmələr hər il baş verir…
Qeyd edək ki, paytaxtın son 5 ildə ən təhlükəli yol şökməsi Nizami rayonu, Mehdi Abbasov küçəsindəki yolun (2017), Bakının Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki yolun, eyni zamanda paytaxtın Səməd Vurğun küçəsində (15 Iyul 2018), Binəqədi-Novxanı avtomobil yolundakı (2019), “Babək” prospektinin bir hissəsindəki 20 milyona başa gələn yol və 1 aydan sonra çökən yol (2019), və nəhayət 2020-ci ilin 18 iyununda Ziya Bünyadov prospekti, Dərnəgül yolu, Baksol adlandırılan ərazidəki çökmələr Azərbaycan iqtisadiyyatına zərbə təsiri göstərən qəzalardan hesab oluna bilər.
Xəbər lenti
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025