Ölkədə tuzimin kökünə balta vuran baha bilet qiymətlərilə bağlı bu günə qədər tədbirin görülməməsinin tək nədəni də elə AZAL-da cəmləşmiş oliqarxiyanın rəhbərliyi göstərilir. Başda Cahangir Əsgərov olmaqla AZAL-ın rəhbərliyi bu gün təkcə Azərbaycanda yox, ölkə dışında da hər kəsi heytrətləndirməyə qadirdir.
Tanınmı jurnalist Cavanşir Həsənli AZAL-ın xırda balıqlarından birinin bahalı alış-verişi ilə bağlı ilginc faktı açıqlayıb. DİA.AZ olaraq jurnalistin qeydlərini təqdim edirik:

"Elnur Ələkbərov 2017-ci ildə Nyu-Yorkda AZAL-ın törəmə müəssisəsi kimi qeydiyyata alınmış AZAL TRAVEL INC. şirkətininin direktorudur.
AZAL-ın Amerikadakı təmsilçisi bu ilin iyununda Nyu-Yorkda qiyməti 790 min dollar olan mənzil alıb. Şəhərin 3567 Shore Pkwy #H3A, Brooklyn, NY 11235 ünvanında yerləşən mənzili AZAL-ın təmsilçisinə türk əsilli nyu-yorklu Akgök ailəsi satıb.
BAKIDAN NYU-YORKA AZAL-LA UÇMAQ NEÇƏYƏDİR?"








İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...