Sosial / Slayd (11-11-2014, 20:43)
Ziya Məmmədovun adı qətl işində! - keçmiş polis rəisi haqda şok ittihamlar
Türkiyədə sabiq polis rəisi Rza Hacıyevin adının hallandığı azərbaycanlı iş adamı Telman İsmayılova məxsus oteldə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
"Mediatv.az" Musavat-a istinadən xəbər verir ki, Sabunçu rayonunun keçmiş polis rəisi Rza Hacıyev Türkiyənin "Mardan Palace” hotelində baş verən qətli ört-basdır etməyə çalışır. O, buna nail olmaq üçün hər vasitəyə əl atır. Yada salaq ki, sentyabrın 20-də Türkiyədə, Telman İsmayılova ("AST Telman”- E.H) məxsus "Mardan Palace” hotelində qadın meyiti aşkar edilib. Onun bədəni üzərində xəsarət izləri olub. Belə iddialar var idi ki, həmin xanım Antalyada yerləşən məlum hotelə Rza Hacıyevlə birgə gedib. Həmin vaxt tərəflər arasında mübahisə düşüb və sabiq polis rəisi qadını döyərək öldürüb. Bu məlumatlar üzə çıxandan sonra R.Hacıyev deyib ki, o, həmin tarixdə Türkiyədə olmayıb. Bundan sonra isə qətllə bağlı susur.
İlk məlumat yayılandan və R.Hacıyev həmin məlumata münasibət bildirəndən sonra isə bu ölüm işi ilə bağlı xeyli məlumatlar almışıq: Qətlə yetirilən qadının Bakı sakini, 1990-cı il təvəllüdlü Arzu Qəmbər qızı Zeynalova olması; onun məhz Rza Hacıyevlə Türkiyəyə getməsi; sabiq polis rəisi ilə illər öncədən yaxın münasibətdə olmaları; onun dəfn xərclərinə, Bakıdakı "Qurd qapısı” adlanan ərazidə qəbir yerinin alınmasına Rza Hacıyevin 8 min manat xərcləməsi də bu məlumatlar sırasındadır.
Lakin R.Hacıyev ölü sükuta üstünlük verir. Sabiq polis rəisi niyə susur? Bu suala cavab axtararkən yeni məlumatlar almışıq.
Qaynağımız deyib ki, R.Hacıyev bu ölüm işindən yaxa qurtarmaq üçün əlindən gələni edib və edir. O, cinayətin baş verdiyi məkanda - "Mardan Palace”də olmasını təsdiqləyən bütün sübut-dəlilləri ortadan çıxarmağa nail olub. Mənbə deyib ki, R.Hacıyev bu istiqamətdə yollar arayarkən nəqliyyat naziri Ziya Məmmədovla Telman İsmayılovun yaxın münasibətləri yadına düşüb. O, nazirə çıxış axtarsa da, nəticə əldə edə bilməyib. Həmin vaxt Z.Məmmədovun qardaşı oğlu olan poqon yoldaşından da kömək istəyib və onun vasitəsilə "Mardan Palace”də qeydiyyat sənədlərini sildirib.
Hotelin videonəzarət sisteminin yaddaşına köçürülən görüntüləri də montaj etdirə bilib. R.Hacıyevin susqunluğunun bir səbəbi də ona bu haqda göstəriş verilməsi ilə bağlıdır. Belə ki, R.Hacıyev mətbuatda ilk açıqlamasından sonra danlanıb. Məsələ bundadır ki, R.Hacıyev bu ölüm işindən yaxa qurtarmaq üçün yüksək çinli məmurun qəbuluna gedib. Ona vəd olunub ki, işi ölkə daxilində araşdırmayacaqlar. Bunun müqabilində susmalı və deyilən qaydada hər kəsi razı salmalıdır.
Aldığımız məlumatları təsdiqləyən açıqlamanı isə A.Zeynalovanın yaxınlarından biri verib. Adının çəkilməsini istəməyən həmin şəxs deyib: "Arzu dayandığı yerdə ölməyib. Bunu hamı bilir. Rza Hacıyev deyir ki, mən həmin vaxt Türkiyədə, ”Mardan Palace"də olmamışam. Bunu yoxlamaq bu qədər çətindir? Rza Hacıyev deyir ki, mən sentyabrda Türkiyədə olmamışam. "Mardan Palace” sorğulara cavab vermir. Bəs Bakı Hava limanından bu sorğuya cavab almaq da çətindir? Onun ölkəyə giriş - çıxışına baxsınlar".
Həmin şəxs A.Zeynalovanın yaxınlarının qorxu altında olduqlarını və bu səbəbdən üzə çıxmadıqlarını da bildirib.
Bir qədər əvvəl A.Zeynalovanın xanım qohumu redaksiyamıza məktub yazaraq bildirmişdi ki, öldürülən xanım Rza Hacıyevin sevgilisi olub. Həmin məktubdan sitat: "Mən hazırda İstanbulda yaşayıram. Arzu Antalyaya getməzdən əvvəl mənimlə telefonla danışdı. Dedi ki, mən Rzayla Antalyaya gedəcəyəm. Arzunu o adam öldürüb. Bunu mən bilirəm. Onlar bərabər idilər. Mən ”Mardan Palace" hotelindən də məlumat alacağam. O adamın oraya nə vaxt giriş-çıxış elədiyini isbatlamağın qarşısı alınır, hər şeyi gizləyirlər. Amma mən bu ölümün gizlinlərinin ortaya çıxmasını istəyirəm".
Polis polkovniki olan R.Hacıyev bu ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq, təqaüdə göndərilib. O, sonuncu iş yeri olan Neftçala RPŞ-yə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılandan aylar sonra, 2009-cu ildə təyin olunmuşdu. 2008-ci ildə R.Hacıyevi Sabunçu RPİ-nin rəisi vəzifəsindən evində baş verən müdhiş oğurluğa görə çıxarmışdılar.
Həmin vaxt R.Hacıyevin sürücüsü polis rəisinin ailə üzvlərindən biri ilə evdən qızıl-zinət və xeyli pul götürərək Rusiyaya qaçmışdılar. Sonradan R.Hacıyevin ümumilikdə 1 milyon manatlıq mal-pulunun oğurlandığı bildirildi. Bu hadisənin sorağı ölkə rəhbərliyinə çatandan sonra ən yuxarı səviyyədə R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilmişdi. Arqument kimi isə "öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər” fikri səsləndirilmişdi.
Sonda onu da bildirək ki, redaksiyamıza daxil olan məlumata görə, R.Hacıyevi Türkiyədə, "Mardan Palace” hotelində 24 yaşlı Arzu Zeynalovanı öldürməsi haqda yayılan məlumatlarla bağlı dindiriblər. Hələlik şahid qismində dindirilən sabiq rəisin istintaqa cəlb olunma ehtimalının böyük olduğu da iddia olunur. Həmin vaxt Baş Prokurorluğun mətbuat xidmətindən R.Hacıyevin iş üzrə dindirilməsi xəbərini təkzib etməmişdilər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024