Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-06-2020, 12:01)
Nazir müavininin adı Milli Park uğrunda mübarizədə hallanır - Foto

 Uzun illər Ağgöl Milli Parkına rəhbərlik etmiş Loğman Mehdiyev sosial şəbəkələrdə yayılan bir qalmaqallı videodan sonra vəzifəsindən uzaqlaşdırılıb. Adıçəkilən Milli Parkın direktoru vəzifəsi bir müddət boş qalsa da, sonradan bu vəzifəyə Qüdrət İbrahimov təyin edilib.

Mediatv.az
Reyting.az-a istinadən xəbər verir ki, Qüdrət İbrahimovun təyinatında o zaman Baş nazir vəzifəsində çalışmış Novruz Məmmədovun yaxın qohumlarından biri də maraqlı olub.

Məlumata görə, Qüdrət İbrahimovun Ağgöl Milli Parkının direktoru təyin edilməsində o zaman Ağcabədi rayonunun icra başçısı işləyən Şahin Məmmədov da müəyyən rol oynayıb. Ş. Məmmədov Q. İbrahimovun Ağgöl Milli Parkının direktoru təyin olunması üçün Ekologiya və təbii sərvətlər nazirinə məktub göndərib.

Məlumatlı şəxslərin sözlərinə görə, həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağgöl Milli Parkının direktoru vəzifəsinə təyinatla bağlı təşkil etdiyi müsabiqəyə qatılan Q. İbrahimov uğurlu nəticə göstərə bilməsə də, icra başçısının etimad məktubu və Baş nazirin qohumunun məsələyə müdaxiləsi vəziyyəti onun xeyrinə dəyişə bilib.

Bütün bunlara baxmayaraq, artıq vəziyyətin Q. İbrahimovun zərərinə dəyişdiyi qeyd edilir. Çünki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyində Q. İbrahimovun vəzifədən azad edilməsi və başqa bir şəxsin direktor təyin olunmasına çalışan qüvvələr var. Bu məsələdə Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun da adı çəkilir. Vüqar Kərimovun Ağgöl Milli Parkının direktoru vəzifəsinə Xəzər Məhərrəmovun təyin olunmasına çalışdığı bildirilir.
 



Onu da diqqətinizə çatdıraq ki, Vüqar Kərimov nazir müavini təyin olunmazdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Məlumat üçün onu da xatırladaq ki, hazırda Ekologiya və təbii sərvətlər naziri olan Muxtar Babayev 2010-2018-ci illərdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri işlədiyi vaxtlarda Vüqar Kərimov həmin Birliyinin icraçı direktorunun müavini vəzifəsində çalışıb. Yəni, buradan aydın olur ki, V. Kərimovun nazir M. Babayevin yaxın adamı kimi ETSN-də söz sahibinə çevrilməsi təsadüfi deyil. Yəqin elə bu səbəbdəndir ki, nazirlik sistemində çalışan bəzi şəxslər Xəzər Məhərrəmovun Ağgöl Milli Parkına direktor təyin edilməsini artıq baş tutmuş sayırlar.

Amma Vüqar Kərimovun direktor təyin etdirməyə çalışdığı Xəzər Məhərrəmovun təyinatının reallaşmasında bir problem var. Məlumata görə, o, Hüseynqulu Bağırovun zamanında işində yol verdiyi nöqsanlara görə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən kənarlaşdırılıb. Amma H. Bağırov nazir vəzifəsindən azad edildikdən sonra X. Məhərrəmov “bəraət” alaraq geri qayıda bilib. Görünür, Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr siyasəti sabiq nazirin işdən çıxardığı şəxslərin önə çəkilməsi prinsipi üzərində qurulub. Hətta artıq bir neçə belə təyinatın reallaşdırıldığı bildirilir.

Reyting.az məsələni araşdırmağa çalışır və nazirliyin də mövqeyinə yer ayırmağa hazırdır.
шаблоны для dle 11.2

Xəbər lenti
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025