Son günlər Daxili İşlər Nazirliyində aparılan islahatlar sözün həqiqi mənasında yüksək qiymətləndirilir. Əlbətdə ki, ölkədə sabitliyin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə hüquq mühafizə orqanlarının xidmətləri danılmazdır. Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun polis orqanlarında apardığı islahatlar cəmiyyətimiz tərəfindən alqışlanır. Amma bütün qeyd etdiklərimiz Baş Dövlət Yol Polis İdarəsindən nədəsnsə yan keçir. Ölkə mətbuatına istinadən bildiririk ki, ən çox neqativ olaylar Qeydiyyat-İmtahan İdarəsində yaşanır. Onu da nəzərinizə çatdıraq ki, təkzib olunmaz məlumatlar bu gün də yayımlanır. Baş Dövlət Yol Polisi İdarəsinin “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində vəziyyətin hansı yerdə olduğu heç kimə sir deyil. Redaksiyamıza müraciət edən vətəndaş bildirir ki, “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-İmtahan şöbəsində bank xidməti yoxdur. Yəni, avtomobil alan vətəndaş dövlət rüsümü banka ödəməli və qəbzi təqdim etməlidir. Lakin burda 7-ci otağ həm bank fünksiyasını yerinə yetirir, həm hə vətəndaşlardan dövlət rüsümündən artıq pul alır. Digər bir maraqlı məqam ondan ibarətdir ki, vətəndaşlara ərizə yazmağ üçün şərait yaradılmayıb. Görünür, rüşvətlə kifayətlənməyən Qeydiyyat-İmtahan şöbəsininin əməkdaşları ərizədən də gəlir əldə etməkdən belə çəkinmirlər. Ərizə formasını stol üzərinə qoyulmalı və vətəndaş eyni ilə ərizə blankını doldurmalıdır. Lakin vətəndaş 10 manat ödəyəndən sonra kompüterdə ərizə yazılır və vətəndaş imzalayır. Bütün qeyd etdiklərimiz bir mənalı şəkildə real faktdır. Digər bir neqativ hall ondan ibarətdir ki, rayon qeydiyyatında olan vətəndaş Bakı şəhərində avtomaşın alırsa mütləq şəkildə 300 man və daha çox ödəməlidir(300 manat 1.5 mühərrik üçün alınır). Nəzərdə tutulan 1.5 mühərrik dövlət rüsümü 70 manat olduğu halda, 300 manat alınır. Qanunvericlikdə bildirilir ki, vətəndaş bir başa getməlidir Banka və ödəniş etdikdən sonra bank əməkdaşı ilə yanaşı sənədə imza atmalıdır. Və bundan sonra həmən vətəndaşa qəbz verilir. Bu günlərdə yeni avtomaşın alan bir vətəndaş rəsimləşdirmək üçün 1000 manat pul ödəyib(10TJ800). Bir sözlə, Baş Dövlət Yol Polisi İdarəsinin “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində açıq bazar elan olunub. Belə bir quruma nəzərət olunmadığı isə şübhələr yaradır. Bir daha nəzərinizə çatdıraq ki, “nömrə biznesinin kralı” kimi tanınan Afiyəddin Leysanov və Seymur adlı polis əməkdaşı yuxarıda qeyd etdiyimiz neqativ halların bir başa məsüliyyətini daşıyır. Mövzüya yenidən qayıdacayıq.
Seymur Nəsirov