Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-06-2019, 22:43)
Toksikologiya şöbəsinin fəaliyyəti razılıq doğurur

 











Respublikanın səhiyyəsini həmişə avanqard kimi təmsil etmək ənənəsini qoruyan Kliniki Tibbi Mərkəz modernləşmə proseslərini sürətləndirmiş,yüksək texnologiyalarla, ultra-müasir müayinə cihazları ilə, innovativ dərman preparatları ilə təminat məsələləri önə çəkilmişdir. Bu gün Kliniki Tibbi Mərkəzdə təqribən 2000 nəfərə yaxın tibbi personaldan ibarət kollektiv tərəfindən 30 min nəfərə stasionar və 50-60 min nəfərə ambulator tibbi xidmətlər göstərilir.
Kliniki Tibbi Mərkəz daim təkcə paytaxtın deyil, ölkənin bütün rayonlarından olan pasientlərin üz tutduğu güvənilən səhiyyə müəssisəsi olmuşdur. Bu nüfuzlu səhiyyə müəssisəsinin uğurlarının artmasına sanballı töhfələr verən həkimlərdən biri də Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovdur. Şöbə müdiri ilə söhbətimiz isti yay aylarında ilin başqa fəsillərinə nisbətən tez-tez rast gəlinən zəhərlənməyə məruz qalmış insanlara göstərilən tibbi yardımın vəziyyəti barədə oldu.Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş "Həkimlərin etik davranış qaydaları"nı və Azərbaycan Respublikasının qanunvericiliyini, o cümlədən sahəvi normativ sənədləri  şöbənin kollektivi gündəlik  işində rəhbər tuturlar.
 
  Doktor Maqsudovdan öyrəndik ki, Toksikologiya şöbəsində əhaliyə vaxtında və lazımı tibbi yardımın göstərilməsi üçün yüksək keyfiyyətli şərait yaradılıb. Müalicə və müayinə xidmətlərinin səviyyəsinin və kadr potensialının artırılması məqsədi ilə həyata keçirilən layihələr bu gün də davam etdirilir. Müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslaşdırılmış toksiki-kimyəvi laboratoriya, mövcud olan yüksək standartlara cavab verən cihazlar kimyəvi-toksikoloji analizlərin daha tez və keyfiyyətli aparmağa imkan verir.Şöbədə xidmətin nə səviyyədə olduğunu görmək üçün son ayın statistik rəqəmlərərinə baxmaq kifayət edir.
Şöbə müdirinin sözlərinə görə, son bir ayda 16 nəfər ilan sancması, 21 nəfər dərmanların mənfi fəsadları, 6 nəfər yandırıcı məhlulun (sirkə) qəbulu nəticəsində zəhərlənmə, 14 nəfər isə kəskin allergik reaksiya səbəbi ilə KTM-in Toksikologiya Şöbəsinə müraciət edib. Şöbənin peşəkar həkimlərinin səyi nəticəsində xəstələrin hər birinə vaxtında zəruri müayinə və operativ müalicə tədbirlərinin tətbiq edilməsi hesabına onların hamısı həyata qaytarılıb, ölüm halı baş verməyib.Yay aylarında ilan sancmasından müraciət edənlərin sayı daha çox olur.
Şöbədə müalicə alan xəstələrə baş çəkməyə gəlmiş yaxın adamları ilə də söhbət etdik. Həkimlərin işindən xeyli razılıq etdilər, minnətdarlıqlarını bildirdilər, xüsusilə də şöbə müdiri barədə yüksək fikirlər söylədilər.
Doktor Azər Maqsudov sonda bir sıra məsləhətlərini də oxucularımızla bölüşdü:
"Dəm qazı ilə zəhərlənmə hallarının baş verməməsi üçün su qızdırıcı cihazlardan, isitmə avadanlığından istifadə edərkən təhlükəsizlik tələblərinə əməl etmək lazımdır. Qapalı şəraitdə və hamam otağında təbii qazdan istifadə zamanı həmişə dəm qazı yaranması və hadisə törətməsi təhlükəsi var. Valideynlər uşaqları nəzarətsiz qoymamalı və çalışmalıdırlar ki, evdə onların istifadə etdikləri diabet, hipertoniya və digər xəstəliklərlə əlaqədar dərmanlar uşaqlar üçün əlçatan şəraitdə olmasın.
Söhbətləşdi: Əfqan Bəhluloğlu      шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024