Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (31-05-2018, 11:55)
Əli Kərimliyə Rusiyadan pullar bu cür gəlib - şok detallar

Əli Kərimli özünün macəraçı siyasəti ilə ətrafındakı insanlara fəlakət gətirməkdə davam edir. Bu dəfə onun "yandırdığı" şəxslər Moskvada yaşayan azərbaycanlı Rüstəmov Saleh Məhərrəm oğlu və onun yaxın qohumu Rüstəmli Vidadi Valeh oğludur. Onlar həyatlarını və azadlıqlarını heçə sayaraq, Əli Kərimlinin yalnız özünə və ailəsinə fayda gətirən siyasətinə dəstək üçün külli miqdarda vəsait toplayaraq, aşağıda göstərəcəyimiz sxem üzrə Bakıya göndəriblər. Hazırda Rüstəmovlar narkotik ittihamı Azərbaycan həbsxanalarında istintaq altındadırlar. Rəsmi ittiham bir yana, lakin aydın məsələdir ki, onlar Əli Kərimliyə doğru yönəltdikləri qeyri -qanuni və illeqal para transferlərinə görə hədəfə gəliblər. 

Bu barədə musavat.com -a açıqlama verən mötəbər mənbənin söylədiklərindən də ciddi qənaət hasil olur. Mənbəmiz Əli Kərimlinin rahatlığı və komfortu üçün xarici ölkədən, Rusiyadan gələn pul axını haqda bunları deyib: 
"Hər iki şəxs Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəal üzvləri olub. S. Rüstəmovun həmin qurumun Rusiyada əlaqələndiricisi kimi partiyanın fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi məqsədilə şəbəkə formalaşdırıb.
Saleh Rüstəmov 2012-ci ildə Moskvaya gedib Qənimət Zahidin təklifi ilə Rusiyada yaşayan keçmiş AXCP üzvləri ilə əlaqələr yaradaraq onlar arasında partiyanın Azərbaycandakı fəaliyyətinin maliyyələşdirilməsi üçün pul vəsaitləri ayırmalarına dair təbliğat aparıb. Bu barədə “Azərbaycan saatı” verilişində də elan yerləşdirilib.

2016-cı ilin mart ayından etibarən Moskvada özünün ticarət qurumunda tabeliyində işləyən Jenya Adolfovanın adına «Sberbank»-da hesab açaraq, hər ay qeyd olunan hesaba yığılmış 30.000 dollar məbləğində pulu «həvalə» yolu ilə Hüseynov Ceyhun Hüseyn oğlu, İsgəndərov Rauf Sahib oğlu, Əhmədov Heydər Yaşar oğlu, Mehdixanov Tural Ədalət oğlu vasitəsilə Bakıda yaşayan qardaşı oğlu Vidadi Rüstəmliyə çatdırıb.

V. Rüstəmli pulu AXCP Rəyasət Heyətinin üzvü Məhərrəmov Aqil Əli oğlu, Gənclər Komitəsinin Ali Məclisinin sədri Nəsirov Ruslan Şamil oğlu, Nərimanov rayon şöbəsinin sədri Həsənov Babək Qəzənfər oğluna verib. Pul qəbul olunduqdan sonra Əli Kərimli ona “WhatsApp” proqramı vasitəsilə “bəy, sağ ol, çatdı” kimi minnətdarlıq sözlərini yazıb göndərib. Yığılan pullar çoxaldıqca həmin puldan Qənimət Zahid üçün də hər ay rəhbəri olduğu televiziya kanalının saxlanılmasından ötrü 2.000-2.500 ABŞ dolları göndərib.

Bu əldən-ələ üsulu ilə 2016-cı ilin martından 2018-ci ilin martına kimi ümumilikdə Rusiyadan AXCP üçün 411.952 ABŞ dolları məbləğində pul vəsaitləri göndərilib. 2018-ci ilin mart ayında həmçinin Bakıda keçirilən mitinqlərdə istifadə məqsədilə Polşada yaşayan qardaşı oğlu Sayqın Rüstəmov vasitəsilə bir ədəd mikrofon, bir ədəd videokamera, bir ədəd kalonka aldıraraq Vidadi Rüstəmli tərəfindən AXCP üzvü Təzəxan Mirələmliyə çatdırıb". 

Qeyd edək ki, Saleh Rüstəmov 1989-cu ildən AXCP üzvüdür. 1992-1993-cü illərdə Gədəbəy rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyib. Vaxtilə vətənpərvərliyi ilə seçilən milli azadlıq hərəkatının gənc üzvlərindən olub. Sonradan Moskvaya köçüb və orada yaşayıb. Sosial şəbəkələrdə və mediada heç bir aktivliyi olmaylb. Lakin faktlar onu göstərir ki, Əli Kərimli və onun komfortu üçün maddi vəsaitlərin toplanmasında çoxlarından fəal olub.

Bəs bu insanların bunca fədakarlıq və risk edərək, Azərbaycan qanunlarını pozaraq siyasi bir liderə yolladıqları həmin böyük vəsaitləri Əli Kərimli nə edib?

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024