Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-01-2016, 14:13)
"Problemlərin çıxış yolu iqtisadi blokun yenilənməsindədir"

“Prezidentin dünənki çıxışına qədər xalqda inam yox idi. Amma çıxışından sonra əhalidə inam yaranıb. Bununla belə düşünürəm ki, böhrandan çıxış prosesini bu iqtisadi blok həll edə bilməyəcək”.

Mediatv.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa parlamentin növbədənkənar iclasında səsləndirib. O qeyd edib ki, kiminsə şəxsiyyətinə söz demək kimi fikri yoxdur: “Bu iqtisadi blokda təmsil olunan hər kəs iqtisadiyyatın inkişafında müəyyən rol oynayıb. Amma problemlərin çıxış yolu iqtisadi blokun yenilənməsindədir. İlk növbədə, sərt inzibati tədbirlər görülməlidir. Bütün qapıları xarici investisiya layihələrinə açmaq lazımdır. Bankların etibarlılığı təmin olunmalıdır. İdxal-ixrac əməliyyatlarında şəffaflıq təmin edilməlidir. Azərbaycanda olan ideoloji statistikadan qurtulmaq lazımdır”.

O qeyd edib ki, böhranla əlaqədar ölkədə hər gün 400-500 adam işsiz qalır: “Bunlar gələcəkdə ac insanlar olacaq və dövlətə qarşı təxribatlar törətmək istəyənlər bu insanlardan istifadə edəcək. Eyni zamanda xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə, onlar az faizli kreditləri əhaliyə təklif edərlər. Bu gün böhrandan əziyyət çəkənlər sözlərini təkcə iqtisadi komanadaya demirlər. Onlar elə millət vəkillərini də söyürlər. Ona görə parlament də yaranmış vəziyyətdən çıxış yolu ilə bağlı təşəbbüskarlıq göstərməlidir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 05 2025
29 05 2025
29 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
27 05 2025
27 05 2025
27 05 2025