Sosial (13-04-2015, 20:12)
Keçmiş rəis köməkçisi rüşvət verdi, aldadıldı- 16 min
Azərbaycanda polis rəisinin sabiq köməkçisi dələduzluq hadisəsi ilə üzləşib.
“Mediatv.az”ın report-a istinadən məlumatına görə, Sumqayıt Şəhər Mühafizə İdarəsinin şəxsi heyət üzrə rəis köməkçisi işləmiş Novruz Mikayılov oğlunu hüquq-mühafizə orqanlarında işə düzəltmək məqsədilə Yaşar Sərdar oğlu Həbibovla razılığa gəlib. Həmin şəxsə 16 min manat pul verən rəis müavini bir neçə ay gözləyəndən sonra oğlunun işə düzəlmə məsələsinin alınmadığını görüb. Bu səbəbdən N.Mikayılov Y.Həbibovun qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra sabiq rəis köməkçisinin 8 min manat pulu Y.Həbibov tərəfindən geri qaytarılıb.
N.Mikayılova dəyən ziyanın tam ödənilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Report"a açıqlamasında bildirib ki, Novruz Mikayılov 7 il bundan qabaq rəisin şəxsi heyət üzrə köməkçisi olub: "O, 2008-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından xaric olunub, yəni yaş həddinə görə pensiyaya göndərilib".