Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (3-04-2015, 13:52)
Əli Abbasov sərt qərar verdi, xidmət dayandı

Nazirliklə Dövlət Xidməti arasında gərginlik

 

Dövlət Miqrasiya Xidmətinin "xüsusi maraqlar" səbəbindən Azərbaycana gələn əcnəbilər və onların haqlarını tələb edən səfirliklərlə Rabitə və YüksəkTexnologiyalar Nazirliyini üz-üzə gətirməsi, tərəflər arasında kəskin qarşıdurma yaradıb.
Viza tələb olunmayan ölkələrdən Azərbaycana gələn əcnəbilər qanuna uyğun olaraq, poçt şöbələri vasitəsilə qeydiyyata dursalar da, Dövlət Miqrasiya Xidməti süni gərginliyə yol açıb: "Son aylar Dövlət Miqrasiya Xidməti poçtla göndərilən sənədləri bilərəkdən qeydiyyata almayaraq, həm əcnəbiləri, həm də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini çox çətin vəziyyətdə qoyub. Belə ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları poçt vasitəsi ilə qeydiyyata düşən əcnəbiləri Azərbaycanı tərk etmək istəyərkən, sərhəddən geri qaytarır, onların hər birini cərimə məbləğinin ən yüksək həddi ilə cəzalandırırlar. Sərhəddə qəfil üzləşdikləri qaba rəftar və qadağadan şoka düşən əcnəbilərin bəziləri əlavə vaxt və əsəb sarsıntısı yaşamamaq üçün maksimum cərimə həddini - 400 manatı ödəməklə, xidmətin "cəngindən” qurtulurlar. Ancaq nazirliyin, dolayısı ilə dövlətin etibarı zədələnir, insanların bu quruma, onun müəssisələrinə inamı itir. Çünki bəzi əcnəbilər üzləşdikləri "pul tələsi" haqqında Azərbaycanda olan səfirliklərinə şikayətlənirlər. Bəziləri isə ölkəni tərk etdikdən sonra öz ölkələrinin müvafiq qurumlarına müraciət edirlər. Həmin ölkələrin səfirlikləri isə həmin vətəndaşlarının qanuni yolla qeydiyyata düşmələrini təsdiqləyən və müvafiq poçt şöbələrinin verdiyi sənədləri Dövlət Miqrasiya Xidmətinə göndərməklə, belə hallara son qoyulmasını tələb edirlər. Ancaq Miqrasiya Xidməti buna da məhəl qoymur. Nazir Əli Abbasov da həm nazirliyin etibarını, həm də Azərbaycanın nüfuzunu qorumaq üçün Dövlət Miqrasiya Xidməti və bu xidmətin rəisi Firudin Nəbiyevlə bir neçə dəfə təmas yaradıb. Ancaq nazirliyin təsdiqləyici sənədləri təqdim etməsinə baxmayaraq, xidmət rəhbərliyi hər dəfə "sənədlər xidmətə daxil olmayıb" bəhanəsi ilə suçu nazirliyin üzərinə atıb. Əli Abbasov da bundan sonra kəskin qərar verib".
Məlumata görə, nazir Əli Abbasov aprel ayının 1-dən poçt şöbələrinə Dövlət Miqrasiya Xidmətinə bütün növ məktubların və miqrasiya sənədlərinin göndərilməsini qadağan edib: "Əslində, bu əmrə qədər, yəni mart ayının ikinci ongünlüyündə nazirlik Miqrasiya Xidmətinə sənədlərin göndərilmə rüsumunu 2 manat 30 qəpikdən 5 manat 50 qəpik səviyyəsinə qədər qaldırdı. Daha sonra isə 90 günlük qeydiyyatla bağlı əcnəbilərin xidmətə sənəd göndərmələrini poçt şöbələrinə qadağan elədi. Bu əmr aprel ayının 1-dən qüvvəyə minib".
Onu da qeyd edək ki, ölkəmizə gələn əcnəbilər qanunla burada 10 gün qeydiyyatsız qala bilərlər. 10 gündən 90 günə qədər Azərbaycanda qalmaq istəyən əcnəbilər isə Dövlət Miqrasiya Xidmətinin regional idarələrinə və istənilən poçt şöbəsinə tələb olunan sənədləri təqdim etməklə, pulsuz (yəni qeydiyyat rüsumu ödəmədən) problemi həll edirdilər. İndisə vəziyyət dəyişib. Yəni, yuxarıda vurğulandığı kimi, əcnəbilərin poçt vasitəsilə qeydiyyata alınmasına artıq qadağa qoyulub. Bu isə Avropa Olimpiya Oyunları ərəfəsində ölkəmizin imicinə zərbə vurmaqla yanaşı, həm də Miqrasiya Xidmətinin regional şöbələrində dəhşətli basabasa yol açıb...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024