Sosial (8-03-2015, 19:00)
Sterilizasiya qurğumuz olacaq
Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanılma müddəti uzadılacaq
Azərbaycanda sterilizasiya qurğusunun istismara verilməsi üçün infrastruktur yaradılıb. "Mediatv.az"ın məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) deyiblər.
Layihə daha əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin elan etdiyi tenderin qalibi olan Macarıstanın İzotoplar İnstitutu tərəfindən reallaşdırılır. Sterilizasiya qurğusu Qobu qəsəbəsində yerləşib.
Apreldə bu qurğunun istismara verilməsi üçün zəruri olan izotop mənbələrin ölkəyə tədarük ediləcəyi gözlənilir.
Sterilizasiya qurğusu mikrobların məhv edilməsi üçün qamma şüalanma metodunu tətbiq etməyə imkan verir ki, bu da öz növbəsində, kənd təsərrüfatı məhsullarının (taxıl, ət məhsulları, quru meyvələr, kartof və s.), tibbi preparatların və s. saxlanılması müddətini artırır.
AMEA-dan bildiriblər ki, hazırda sterilizasiya qurğuları bütün dünyada geniş tətbiq edilir: "Məsələn, Türkiyədə böyük kompleks tikilib. Bundan başqa, Türkiyə sterilizasiyadan keçməyən məhsulların ölkəyə idxalını qadağan edir. Bu qurğular, ilk növbədə, kənd təsərrüfatı sənayesi üçün maraq kəsb edir".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025