Sosial (4-04-2024, 17:42)
Hacı Salayev villasına 158 minlik lift istədi: Başına iş açdı
Külli miqdarda dələduzluqda ittiham olunan “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.
Bu iş üzrə zərərçəkmişlərdən biri keçmiş deputat Hacı Salayevdir. O, hazırda bizneslə məşğuldur. İttihamda deyilir ki, müttəhim Tural Nəcəfov özünü tikinti sahəsində fasad şüşələrinə xidmət avadanlığının, turniketlərin xarici ölkələrdən gətizdirməklə quraşdırılması sahəsində çalışan geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edib.
O, Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Abuzər Məmmədovun, sabiq deputat Hacı Salayevin və digərlərinin inam və etibarını qazana bilib. Nəticədə fasad xidmət avadanlığının alınaraq “Azərterminalkompleks” Birliyinə verilməsi ilə bağlı 265 min manatlıq müqavilə imzalayıb. Bundan başqa T.Nəcəfov Dövlət Gömrük Komitəsinin (DGK) inşası davam edən yeni inzibati binasına turneketlər quraşdıracağını da vəd edib. “Gerlift Group” MMC ilə Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyi arasında 146 min manat civarında kommersiya müqaviləsi bağlanılıb. T.Nəcəfov sözügedən vəsaiti təyinatı üzrə xərcləməyib, öz şəxsi ehtiyaclarına sərf edib. Bununla da “Azərterminalkompleks”ə 390 min manat ziyan vurub.
Digər zərərçəkmişlər də eyni üsulla aldadılıb.
Təqsirləndirilən şəxs eks-deputat Hacı Salayevin Yasamal rayonu, H.Cavid küçəsində yerləşən beşmərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan liftin xaricdən sifarişi üçün 157 min 916 manatlıq müqavilə imzalayıb. Lakin vədinə əməl etməyib, eks-deputatın pulu ələ keçirib.
Qeyd olunan əməllərinə görə, T.Nəcəfova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. Müttəhim Nəcəfov özünü təqsirli bilməyib.
Prosesin davamında Hacı Salayevə hüquq xidməti göstərən Balağa Zərbəliyev şahid qismində ifadə verib.
Şahid ifadəsində Hacı Salayevlə birlikdə çalışdıqlarını deyib. Hüquqşünas deyib ki, sabiq deputata məxsus H.Cavid küçəsindəki fərdi yaşayış evinə Almaniya istehsalı olan 630 kq lift quraşdırması ilə bağlı “Gerlift Group” MMC-nin direktoru Tural Nəcəfovla müqavilə bağlanılıb. O, pulların verilməsində özünün də iştirak etdiyini deyib.
B.Zərbəliyev sabiq millət vəkilinin hazırda ölkə xaricində olduğunu əlavə edib. Prosesə sədrlik edən hakim Rasim Sadıxov zərərçəkmişin məhkəmədə iştirakının vacib olduğunu şahidin diqqətinə çatdırıb.
Proses aprelin 23-də davam edəcək.
Qeyd edək ki, zərərçəkmiş Hacı Salayevin qardaşı general-mayor Baba Salayev FHN Akademiyasının rəisi, oğlu Turqut Salayev isə FHN-in əməliyyat- istintaq idarəsinin rəisidir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024