Siyasət (28-03-2022, 18:36)
Rusiyanın Qarabağdakı qərəzi NƏ İLƏ BAĞLIDIR? - ŞƏRH

Mediatv.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq qeyd edib ki, sülhməramlılar proseslərdən xəbərdardır: “Onlar çox yaxşı bilirlər ki, separatçılar silahlanmağa davam edir və həmin qüvvələr öz çirkin əməllərini reallaşdırmaq üçün addımlar atır. Rusiya tərəfinin günahı ondan ibarətdir ki, onlar terrorçuların təxribatlarının qarşısını almırlar.
Azərbaycan Ordusu separatçılara sarsıdıcı zərbələr vuracaq. Rusiya ilə Azərbaycanın imzaladığı müttəfiqlik haqqında bəyannamədə separatizmə qarşı birlikdə mübarizə bəndi var. Deməli, ruslar bu bəndi də nəzərə almayıb öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Buna görə də Azərbaycan öz mövqeyini açıq şəkildə bildirir. Ermənilər silahı yerə qoymasalar, ordumuz onlara qarşı sərt tədbirlər görəcək. Azərbaycan məcburetmə əməliyyatlarına davam edəcək. Separatçılar bizim vətəndaşlarımıza, maraqlarımıza qarşı təhlükə törətməyə davam etdiyi bir halda onları cavabsız qoymaq olmaz. Prezident İlham Əliyev də qeyd etmişdi ki, dəmir yumruq yerindədir. Yəni ermənilər öz fikirlərindən daşınmasalar, o yumruq onların başını əzəcək. İstənilən revanşist addımlar birdəfəlik məhv ediləcək. Rusiya sülhməramlıları isə özlərini separatçıların himayədarı kimi aparmamalıdır. Çünki biz haqlı tərəfik və terrorçular torpaqlarımızdan tez bir zamanda çıxarılmalıdır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025