Siyasət (21-03-2022, 13:49)
Deputat: "Suqovuşanda yeni məscidin təməlinin qoyulması səfərə xüsusi rəng qatır"

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O xatırladıb ki, ulu öndər Heydər Əliyev Novruz bayramını vaxt gələcək Şuşada, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə keçirəcəyik demişdi: "Ulu öndərin arzusunu Prezident İlham Əliyev gerçəkləşdirərək Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi. Novruz bayramının işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi bunun əyani sübutudur".
Deputat qeyd edib ki, səfər zamanı bir sıra mühüm obyektlərin də təməli qoyulub: "Suqovuşan qəsəbəsinə çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatı keçirilib. Prezident İlham Əliyev Suqovuşan qəsəbəsindəki fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olub. Hazırda Suqovuşan qəsəbəsindəki tam orta məktəbin binasının əsaslı təmiri, eləcə də işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturunun yaradılması ilə bağlı planların icrası sürətlə həyata keçirilir".
C.Məmmədov vurğulayıb ki, səfərə xüsusi rəng qatan məsələlərdən biri də Suqovuşanda ikimərtəbəli yeni məscidin təməlinin qoyulması olub: "Hazırda Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərimizdə milli-mədəni irsimizin, dini məbədlırimizin bərpası ilə bağlı mühüm layihələr həyata keçirir. Həmçinin səfər zamanı Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışı olub. Eyni zamanda Suqovuşanda turizm kompleksinin təməli qoyuldu, avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışı oldu. Bütün bunlar Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində mühüm tədbirlər həyata keçirdiyini, bunun üçün səylə çalışdığını göstərir. Tezliklə bütün ərazilər bərpa olunacaq, insanlar öz doğma yurdlarına dönəcək, bu yerlərdə həyat yenidən öz axarına qayıdacaq".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025