Siyasət (19-03-2022, 13:41)
Olivye Vedrin: “Ukraynada müharibə bir il davam edə bilər” - MÜSAHİBƏ

Bəs Avropanın Ukrayna, Ukraynadan olan qaçqınlar və bu ölkəyə yardımla bağlı vahid mövqeyi varmı?
Oxu.Az bu suallarla son vaxtlara qədər Kiyevdə yaşayıb-yaratmış fransalı politoloq, professor Olivye Vedrinə müraciət edib:
- Biz Ukrayna xalqı ilə tam həmrəyik. Çoxlu sayda məcburi köçkün Avropaya köçür, burada onları xoş münasibətlə qarşılayırlar. Məsələn, burada, Fransada bir çox sakinlər müharibədən qaçan ukraynalılar üçün evlər ayırırlar.
Almaniyada, Polşada və ukraynalıları çox ciddi formada dəstəkləyən bütün Avropada onlara münasibət eynidir.
- Bəs Ukraynada müharibə nə vaxt bitəcək, proqnoz verə bilərsinizmi?
- Çox çətin məsələdir. Yəqin bilirsiniz ki, Fransa Prezidenti Emmanuel Makron müharibənin uzun sürə biləcəyini deyib. Onun nə vaxt bitəcəyini heç kim deyə bilməz.
Bu mövzuda həmkarlarımla danışmışam. Biz Kiyevə qayıtmağın mümkünlüyünü müzakirə etdik və belə qənaətə gəldik ki, qayıdış yalnız payıza, bəlkə də gələn qışa mümkündür.
Müharibənin davam edəcəyi aydındır. Hesab edirəm ki, söhbət altı aydan, bəlkə də bir ildən gedə bilər. Bundan sonra Ukraynanı tərk edənlər qayıdacaq.
- Bəs Rusiya indi Ukraynada nə əldə edir, sizcə, nə istəyir?
- Düşünürəm ki, Rusiya Ukraynanı məhv etmək, onu əyalətinə çevirmək istəyir. Moskva Ukraynanı gələcəkdən məhrum etmək istəyir. Bir növ yeni soyqırımı, Qolodomor baş verir, yalnız bu dəfə bu, təkcə Ukrayna əhalisinə deyil, həm də ölkənin müstəqilliyinə təsir edir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025