Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-03-2022, 12:13)
"Ərazi bütövlüyü məsələsi Bakının qırmızı xəttidir" - Ekspert danışır

 Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv olmasının 30 illiyi ilə bağlı Şuşada möhtəşəm tədbir keçirildi. Maraqlı məqamlardan biri odur ki, Azərbaycan rəsmiləri, BMT-nin ölkəmizdə akkreditə olunmuş nümayəndəsi və digər qonaqlar Şuşaya getmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçublar.

Oradan Şuşaya yollanıblar. Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı BMT-nin bayrağı da azad edilmiş Şuşada dalğalandırılıb. Ekspertlərə görə, təyyarənin adının “Xankəndi” seçilməsi müəyyən dairələrə verilən mühüm mesajdır. Rəsmi Bakı bununla bir daha Xankəndidə heç bir ölkənin və ya rejimin varlığını tanımadığını, bu şəhərin də Azərbaycanın ayrılmaz bir parçası olduğunu bəyan etmiş oldu.

BMT institutlarının Şuşaya aparılması da özlüyündə bir mesajdır. Azərbaycan bununla BMT-nin Qarabağın Ermənistan tərəfindən işğalına dair qəbul etdiyi 4 qətnaməni yada salaraq, həmin qətnamələrin 27 il ərzində icra edilməməsini, yekunda torpaqların hərbi yolla azad edildiyi mesajını verir. BMT bayrağının azad edilmiş Şuşada dalğalandırılması isə göstərir ki, dünyanın bütün ölkə və təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıyır və təsdiqləyir. Şuşada keçirilən tədbir bir daha göstərdi ki, dünyanın ən ali qurumu olan BMT-nin və dünya birliyinin bu məsələdə fikri birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil.
Mediatv.az-ın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, bu addım Xankəndinin Azərbaycan ərazisi olduğunun, Qarabağdakı ermənilərin yalnız Azərbaycan vətəndaşı kimi yaşaya biləcəyinin, “status” məsələsinin arxivə göndərildiyinin ən bariz mesajıdır:

“Bu mesajın BMT-yə üzvlüyün 30-cu ildönümü münasibətilə keçirilən tədbir üzərindən verilməsi də təsadüfi deyil. Rəsmi Bakı BMT Nizamnaməsinə uyğun olaraq, ərazi bütövlüyü məsələsindən geri çəkilməyəcəyini bildirir. BMT nümayəndələrinin “Xankəndi” adlı təyyarə ilə aparılması da buna hesablanıb. Mesaj həm Ermənistana, Qarabağdakı separatçı rejimə və onların bel bağladığı Rusiyaya, həm də Qərbdə hələ “status” məsələsi üzərindən siyasət yürütmək istəyən ölkələrədir. Hər şey açıq şəkildə ortadadır. Ərazi bütövlüyü məsələsi Bakının qırmızı xəttidir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025