Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-03-2022, 17:37)
İlham Əliyev Türkmənistanın yeni seçilmiş Prezidentini təbrik etdi

İlham Əliyev Türkmənistanın yeni seçilmiş Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Türkmənistanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib.

Mediatv.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli Sərdar Qurbanquliyeviç,

Türkmənistanın Prezidenti vəzifəsinə keçirilmiş seçkilərdə qazandığınız qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası tarixi, dini və mədəni köklərlə bağlı olduğu qardaş Türkmənistan ilə ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. İkitərəfli münasibətlərdə mövcud olan yüksək səviyyəli siyasi dialoq, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur. Əminəm ki, Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə inkişaf edərək ölkələrimizin rifahına xidmət edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkmənistanın firavanlığı naminə qarşıdakı ali dövlətçilik fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025