Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-08-2021, 13:30)
Lukaşenko “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edildi

Lukaşenko “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edildi
Minsk şəhərində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya Azərbaycan xalqına qardaş və dost münasibətinə, Azərbaycanla ikitərəfli əlaqələrin qurulmasında, möhkəmlənməsində və inkişafında xüsusilə böyük xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.

"Azərbaycanım" beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Minsk şəhərində jurnalistlər, ictimaiyyət nümayəndələri, ekspert və media ictimaiyyəti üçün ənənəvi olaraq media formatda təşkil olunan "Prezidentlə böyük söhbət" çərçivəsində keçirilən görüşdə iştirak edib. Tədbirdən sonra baş redaktor Emil Nəsirli “Azərbaycanın dostu” qızıl ordenini Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təqdim edib.

Azərbaycan ilə Belarus arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu ifadə edən baş redaktor xalqlarımızın dostluğunun dərin tarixi köklərə söykəndiyini vurğulayıb. Əlaqələrin inkişafında hər iki ölkənin rəsmi şəxslərinin xüsusi rol oynadığını diqqətə çatdıran Emil Nəsirli Azərbaycanın və Belarusun dövlət qurumları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyib.

Baş redaktor Emil Nəsirli Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda və Minskdə keçirdiyi görüşlərin hər iki ölkənin ictimai-siyasi və sosial-iqtisadi sahələrdə həyata keçirdikləri strategiyanın uğurlu davamı olduğunu qeyd edib.

Emil Nəsirli onu da bildirib ki, ikitərəfli əlaqələrə qarşılıqlı dəstəyin vacibliyinin xüsusi əhəmiyyəti var, Azərbaycan xalqı qarşılıqlı olaraq Belarus Prezidentinin dostluğuna hörmət və sevgi ilə yanaşır, eləcə də bu dostluq münasibətlərini yüksək qiymətləndirir.

Dövlət başçılarının dostluq münasibətlərinin xalqlarımız arasındakı əlaqələrin inkişafına müsbət təsir göstərdiyini deyən Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından “Azərbaycanın dostu "qızıl ordeni ilə təltif olunması münasibətilə Prezident A.Lukaşenkonu bir daha təbrik edib.

Prezident A.Lukaşenko öz növbəsində "Azərbaycanım" beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivinə təşəkkürünü bildirib.

Belarus Prezidenti ikitərəfli əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.
шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024