Siyasət (26-02-2021, 13:37)
ABŞ-ın Avropadakı komandanı Rusiyanı “ən böyük təhdid” adlandırıb
ABŞ-ın Avropadakı qüvvələrinin komandanı Ted Uolters Rusiyanı “Birləşmiş Ştatlar və onun NATO-dakı mütəfiqləri üçün ən böyük təhdid” adlandırıb.
"Mediatv.az" xəbər verir ki, bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.
General Ted Uoltersə görə, “qlobal rəqabətin qlobal müharibəyə çevrilməsinin qarşısının alınması, hazırkı dövrdə əldə olunacaq ən böyük qələbə sayılmalıdır”.
“Rusiya bizim üçün daimi ekzistensial təhlükə olaraq qalacaq. Bu qədər beynəlxalq mühakiməyə və sanksiyalara rəğmən hələ də bütün dünyada sabitliyi pozmağa və zərərli mövqe tutmağa davam edir. Üstəlik, onlar bu fəaliyyətin böyük qismini öz evlərindən çox da uzaqda olmayan məsafədə həyata keçirirlər”,-deyə amerikalı general bildirib.
Ted Uoltersin fikrincə, Rusiya sövet dövründən qalan nüfuz dairəsini saxlamağa çalışaraq qonşu suveren dövlətləri öz istəyinə tabe etdirməkdən ötrü güc tətbiq emtəkdən çəkinmir.
ABŞ rəsmisinin sözlərinə görə, belə bir qlobal rəqabət şəraitində Rusiya özəl hərbi şirkətlərin münaqişəli bölgələrə yerləşdirilməsi, qorxutma, zəiflətmə, ABŞ-ın müttəfiqlərini parçalamaq kimi qeyri-ənənəvi üsullardan istifadə edir.
Bundan başqa, general Uolters Arktika zonasını hərbiləşdirməyə çalışan Rusiya və Çinin hərəkətlərini kəskin şəkildə qınadıqlarını söyləyib.
“Arktikada Rusiya və ÇXR-in fəaliyyəti Avropa komandanlığının müttəfiqləri ilə birlikdə Qrenlandiya, İslandiya və Birləşmiş Krallıq (Böyük Britaniya) arasındakı boğazlaırın təhlükəsizliyinin təmin olunması ilə bağlı funkiyasının nə dərəcədə vacib olduğunu göstərir”,-deyə amerikalı general bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024