Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-02-2021, 18:15)
Şamaxı Rəsədxanasından Mars açıqlaması: - "Bizim də kosmik sənaye planımız var"

Şamaxı Rəsədxanasından Mars açıqlaması:
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ABŞ Milli Aeronavtika və Fəza Agentliyinin (NASA) Mars planetinə aparat göndərilməsinə münasibət bildirib.

Bununla bağlı “Mediatv.az”a açıqlama verən rəsədxananın direktoru Namiq Cəlilov bildirib ki,sözügedən aparatın Marsa enişini rəsədxana tərəfindən izləmək mümkün olmayıb.

“Bizdə Marsın, eləcə də böyük planetlərin fizikası ilə məşğul olanlar var. Amma NASA ilə birbaşa əlaqəmiz yoxdur. Teleskopdan Marsa baxsaq da, onu görə bilmərik. Çünki o, planetin səthinə endirilən çox kiçik bir cisimdir”, - direktor bildirib.

N.Cəlilov NASA-nın Marsa aparat göndərdiyi ilə bağlı məlumatı ötən gün internetdən əldə etdiyini bildirib. Sözügedən aparatın Marsa enişinin səbəblərindən danışan direktor artıq bu istiqamətdə planetə daha əvvəllər də bir neçə aparatın eniş etdiyini qeyd edib:

“Mars bizim qonşu planetimizdir. Belə bir fərziyyə var ki, nə vaxtsa Marsda həyat mövcud olub və Yerə də gəliş oradan başlayıb. Amma təbii ki, bunlar fərziyyədir. Buna baxmayaraq, fərziyyə olsa da, onun izlərini axtarmaq istiqamətində həmin konsepsiyanın doğruluğunu yoxlamaq üçün artıq bir neçə dəfə Marsa aparat endirilib. Orada süxurun, mineralların, atmosferin tərkibi, əsas kimyəvi elementləri, yerin maksimum dərinlikdə qazılması nəticəsində onun paylanma qanunları öyrənilir. Çünki elə minerallar var ki, onları tapıb Yerə gətirməklə yaşını müəyyən etmək, maqnit sahəsinin olub-olmadığını müəyyənləşdirmək mümkündür. Marsda həyat o zaman mümkün olar ki, onun maqnit sahəsi mövcud olsun. Bu da atmosferin olması deməkdir. Çünki atmosfer olmasa, həyat ola bilməz. Atmosferin də olması üçün maqnit sahəsinin mövcudluğu mütləqdir. Hazırda maqnit sahəsi yoxa çıxıb. Niyə çıxıb ? – Bax, bu araşdırılır”.

N.Cəlilov Mars planetində insanın yaşamasını təsəvvür edə bilmədiyini vurğulayıb:

“İndiki Mars planetində yaşamaq qeyri-mümkündür. Çünki orada maqnit sahəsi nə vaxtsa olub, amma bilinməyən səbəblərdən yoxa çıxıb. Bundan sonra da atmosfer yoxa çıxıb. Atmosfer yoxdursa, orada yaşamaq olmaz. Marsda yalnız qapalı, örtülü və izolyasiya şəraitində yaşamaq olar. Çünki orada kosmik şüalanmanın çox güclü təsir sahəsi var. Ona görə də Mars kənardan kosmik şüalanmadan heç cürə müdafiə olunmur. Ona görə də orada insanın yaşamasını təsəvvür edə bilmirəm”.

Azərbaycanın Marsda həyat izlərini öyrənmək üçün planetə aparat göndərməsinin mümkün olub-olmamasından danışan direktor bildirib ki, bu, çox yüksək maliyyə dəstəyi tələb edir:

“Əlbəttə, bizim də kosmik sənaye planımız var. Plana əsasən, təkcə kommunikasiya peykləri deyil, həmçinin gələcəkdə nano peyklərin, kiçik süni peyklərin, elmi-tədqiqat peyklərinin harasa göndərilməsi mümkündür. Təbii ki, bu, bizim də arzumuzdur”.

Qeyd edək ki, NASA Mars planetinə “Atlas V” raketi vasitəsilə göndərdiyi “Perseverance” adlı aparat qırmızı planetə eniş edib. Kosmik missiyanın əsas məqsədi Marsda həyat izlərini axtarmaqdan ibarətdir. Aparat Mars süxurlarının tədqiq olunması üçün Yer kürəsindən idarə olunacaqlar.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024