Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (19-02-2021, 09:30)
5 dairədə seçkilər nə zaman keçirilə bilər?

200 min seçicinin deputatı yoxdur
Milli Məclisdə boş deputat yerlərinin sayı 5-ə çatıb. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Ötən ilin yayında isə deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib.

Hələ ki parlamentdə boş qalan deputat yerlərinə seçkilər keçirilməsi barədə qərar verilməyib.

Bəs boş qalan deputat yerləri üçün seçkilər keçiriləcəkmi?

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirdi ki, Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş seçki dairəsində yenidən seçkilər keçirilməsi Seçki Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir. Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirir.

Eyni zamanda deputat mandatına xitam verildikdən, deputatın vəfat etməsi və ya mandatdan imtina etməsindən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması da Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Qanuna görə, seçki ölkə Prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir. Odur ki, deputatsız dairələrdə yeni seçkinin nə zaman olacağı Prezident sərəncamı verildikdən sonra bəlli olur: “Mərkəzi Seçki Komissiyası nəticələri etibarsız sayılmış seçki dairələrində və deputatsız qalan digər dairədə əlavə seçkilərin nə zaman keçiriləcəyini müəyyən edən instansiya deyil. Seçkinin günü ancaq ölkənin Prezidenti bu barədə sərəncam imzalayanda bəlli olacaq. Nə zaman seçkilər təyin olunacaqsa, o zaman da seçkilər keçiriləcək”.

Seçki eksperti Ruslan İbrahimli isə bildirdi ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Amma ləğv olunan nəticələrdən sonra yenidən seçki keçirilməsinin konkret müddəti yoxdur: “Milli Məclisə seçkilərin təyin edilməsi ilə bağlı Prezident sərəncam verir. O, nə zaman sərəncam verəcəksə, ona uyğun olaraq, Mərkəzi Seçki Komissiyası seçkiləri təşkil edəcək.

Nəticələri ləğv edilən dairələrdən qalib gəlmiş namizədlər də təkrar seçkilərdə iştirak edə bilərlər. Bu məsələdə heç kimə məhdudiyyət yoxdur.

Nəzərə alsaq ki, qarşıda hələ 4 il müddət var, deməli, bu qədər uzun müddətdə beş dairənin deputatsız saxlanması məqsədəuyğun olmaz. Seçicilərin hüququdur ki, deputatları olsun və problemlərini məhz öz deputatlarına müraciət etməklə həll etsinlər. Ona görə də boş qalan yerlər üçün seçkilər keçirilməldir. Azərbaycanda pandemiya olmasaydı, keçən ilin aprel və ya may ayında 4 seçki dairəsində deputat seçkisi keçirilməsi gözlənilirdi. Pandemiya ilə bağlı durum hazırda nəzarətdədir və yoluxma aşağı səviyyədədir. Bunu da nəzərə alıb seçki keçirilə bilər. Nəzərə almaq lazımdır ki, seçki bütün ölkə ərazisində yox, cəmi 5 dairənin ərazisində olacaq".

Sabiq deputat, hüquqşünas Çingiz Qənizadə bildirdi ki, qanunun tələbinə görə, nəticələri ləğv edilmiş və ya hər hansı səbəbdən deputatsız qalmış dairələrdə əlavə seçkilər 6 ay müddətində keçirilməlidir. Keçən ilin 9 fevralında keçirilən seçkilərdən sonra ilkin olaraq belə bir fikir var idi ki, may və ya iyun ayında boş dairələrə seçkilər keçiriləcək. Bu rəsmi deyildi, ehtimal kimi dilə gətirilirdi. Pandemiya vüsət aldı və buna görə də seçkilər təxirə salındı: “Amma hazırkı durumda belə hesab edirəm ki, 5 seçki dairəsində 40 min seçicidən götürsək, belə məlum olur ki, 200 min insan deputatsız qalıb. Nəzərə alsaq ki, seçici olmayan-yaşı 18-dən aşağı olan insanlar da maraqlıdırlar ərazilərinin deputatı olsun, onda bu rəqəm 200 mindən çoxdur. Ona görə də boş dairələrdə seçkilər keçirilməlidir. Amma hələlik heç nə görünmür. Əgər pandemiyaya görə keçən il seçkilərin keçirilməsi gündəmdən çıxarılmışdısa, biz sonra gördük ki, dünyanın bir sıra dövlətlərində prezident, parlament seçkiləri keçirildi. Yəni bizdə də artıq bu seçkiləri keçirmək mümkündür. Seçicilərin də məntəqələrə gəlməsi onsuz da çox nadir hallarda kütləvi olur. Kütləvilik olanda bunu da tənzimləmək olar. İnsanları məntəqələrə bir-bir, iki-iki buraxmaq olar”.

Ç.Qənizadə qeyd etdi ki, boş dairələrdən biri məhz onun deputatı olduğu dairədir: “Bir ildir rəsmi deputat mandatım olmasa da, mən bu günə qədər seçicilərimlə əlaqələrimi kəsməmişəm. Onların bir çoxu hətta belə hesab edirlər ki, əgər dairə boşdursa, deməli, hələ köhnə deputatın üzərində səlahiyyət, məsuliyyət qalır. Ona görə mənə çoxsaylı müraciətlər olur. Mümkün dəstəyi verməyə çalışıram. Mən görürəm ki, həqiqətən də boş dairələrdə seçkilərin keçirilməsi məqsədəuyğundur, seçicilərə lazımdır. Ümid edirəm ki, yayın əvvəllərində seçkilər keçiriləcək”.
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024