Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-02-2021, 16:37)
Hökumət Qarabağın bərpasına hansı ölkələri buraxacaq? - Siyasət və sərmayə arasında seçim

Hökumət Qarabağın bərpasına hansı ölkələri buraxacaq?
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına başlanılıb.

Öncə infrastrukurun yenidən qurulması həyata keçiriləcək. Bölgənin müxtəlif sahələr üzrə iqtisadi potensilının inkişafında həm dövlət büdcəsindən, həm də xarici şirkətlərin investisiya layihələri çərçivəsində ayırdığı maliyyədən istifadə olunacaq.

Bununla bağlı xeyli təkliflər irəli sürülüb. Ancaq ekspertlər hesab edir ki, vacib olan şərtlərdən biri də ərazilərin bərpasında prinsiplərin dəqiq müəyyənləşməsidir.

Məsələn, hökumət işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək vermiş ölkələrin şirkətlərinin iştirakını vacib sayır.

Bu siyahıda Türkiyə, İtaliya, Pakistan kimi ölkələr yer alıb. Fransa kimi Ermənistanı dəstəkləyən ölkələrin şirkətləri isə nə bərpa prosesinə, nə də investisiya qoyuluşuna buraxılacaq.

Ümumiyyətlə, son zamanlar işğaldan azad olunmuş ərazilərə maraq göstərən ölkələrin sayında artım müşahidə olunur. Həmin siyahıda İranın, Böyük Britaniyanın adını da görmək olar. Hansı meyarların əsas götürləcəyinə dair fikirlər isə müxtəlifdir.

İqtisadçı-ekspert Rövşən Ağayev "Mediatv.az"-a açıqlamasında bildirib ki, bu məsələdə siyasi və iqtisadi yanaşmaları fərqləndirmək lazımdır. Rövşən Ağayevin sözlərinə görə, bölgədə investisiya qoyuluşu prosesi iki mərhələdə həyata keçirilməlidir:

“İnfrastrukurn bərpasına investisiyanı Azərbaycan dövləti qoyur. Yol inşası, rabitə, kommunal infrastruktur dövlət hesabına təmin olunacaq. Bu, özəl biznes üçün gəlir gətirməyən sərmayədir. Burada xarici şirkətlərin iştirakı artıq siyasi qərardır. Əslində, tender olmalı və daha əlverişli şərtlər irəli sürən ölkə bərpa və quruculuq işlərində iştirak etməlidir. Bu halda həmin ölkənin hərbi əməliyyatlar zamanı Azərbaycana dəstək verib-verməməsi əsas götürülməməlidir. Ölkəmiz üçün rəqabətli tenderdə ucuz və faydalı iş təklifi daha önəmli olmalıdır”.

Ekspert bildirib ki, ikinci mərhələ biznes layihələrindən ibarətdir:

“Bura turizm, qida sənayesi, təbii resursların istismarı kimi sahələr daxildir. Həmin sahələrlə bağlı dövlətin yaxşı investisiya planlaşdırması hazırlanmalıdır. Ümumiyyətlə, işğaldan azad edilmiş bölgələrin inkişafı ilə bağlı sosial-iqtisadi planlaşdırma olmalıdır. Əslində, bu, indinin işi deyil. Bu işlər infrastrukturun bərpasından sonrakı mərhələyə aiddir. Amma planlaşdırma bəribaşdan aparılmalıdır. Mən iqtisadçı kimi hesab edirəm ki, bu məsələdə siyasi məhdudiyyət qoyulmamalıdır. Hansı ölkə Azərbaycanda biznes layihələrinə investisiya ilə dəstək verəcəksə, ona qapıları açmaq lazımdır. İnfrastrukturun bərpası məsələsində selektiv yanaşamaya üstünlük verilir və bütün ölkələr buraxılmır. Bu, siyasi qərardır. Təbii ki, Azərbaycanın da müəyyən etdiyi “qırmızı cizgi” var. Amma yalnız Qarabağ bölgəsinə deyil, bütünlüklə Azərbaycan iqtisadiyyatına xarici investor səmərəli layihələr təklif edəcəksə, biz buna fərq qoymamalıyıq. Bu prosesdə mühüm məqamlardan biri də iqtisadi gəlir gətirən özəl sektor layihələrinə şirkətlərin nə qədər maraq göstərməsidir. Ola bilsin ki, xarici ölkələr təbii ehtiyatların istismarına daha çox sərmayə yatırmaqda maraqlı olacaq. Bizim üçün vacib olan həmin ərazilərdə turizmə, qida sənayesinin, yüngül sənayenin qurulmasına investisiyaların yatırılmasıdır. İnfrastrukturun bərpasında iştirak edən şirkətlər hökumətdən pulunu alıb işini icra edəcək. Bu, 100 faiz qazanc deməkdir. Lakin Azərbaycana daha çox xarici investorların ikinci mərhələyə maraq göstərməsi önəmlidir. Prioritet sahələr üzrə master planlar hazırlansa, xarici kapitalın axını üçün heç bir problem olmayacaq”.

Millət Vəkili Fazil Mustafa hesab edir ki, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafında xarici şirkətlərin cəlb edilməsinə ehtiyac var. Çünki dövlət büdcəsindən ayrılmış 2,2 milyard manat vəsait həmin işlərin görülməsi üçün yetərli deyil:

“Məncə, xarici şirkətlərin tender yolu ilə bu layihələri gerçəkləşdirməsi vacibdir. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlı sahibkarların həmin bölgələrə investisiya qoymasına imkan yaratamaq lazımdır. Lakin bundan öncə Azərbaycanda məhkəmə islahatları aparılmalıdır. Məhkəmə sistemi elə qurulmalıdır ki, kapital qoyan şəxs hansısa bir problemlə qarşılaşanda ədalətli qərarın çıxarılmasına nail ola bilsin. Əks-təqdirdə heç kim sərmayə yatırmaqda maraqlı olmayacaq. Siyasi və iqtisadi yanaşmadan öncə hüquqi yanaşma vacibdir. Yəni ədalətli məhkəmə olmadan heç kim kapital qoymaq istəməz. Hər hansı bir məmur iş adamının hüquqularını pozanda, o, məhkəməyə müraciət edə bilməlidir”.

Fazil Mustafanın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi layihələrə investisiyanın cəlb edilməsində Türkiyə şirkətlərinə üstünlük verilməlidir. Əgər belə olarsa, bölgədəki maraqlarını daha çox müdafiə edəcək.
шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024