Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-02-2021, 12:29)
“Qarabağda ermənilərə Rusiya vətəndaşlığı vermək planlaşdırılır” - TƏHLÜKƏ!

“Qarabağda ermənilərə Rusiya vətəndaşlığı vermək planlaşdırılır”
“Rus dilinin Qarabağda qondarma rejim rəhbəri tərəfindən rəsmi dil elan edilməsi bir çox qaranlıq mətləbərin üstünü açır, ancaq biz, hələ də arzularımızı reallıq kimi görməkdə davam edirik”.

Bunu "Mediatv.az"-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) siyasi şurasının üzvü, hüquqşünas Vüqar Dadaşov Qarabağda qondarma rejimin rus dilinin rəsmi dil elan edilməsinə münasibət bildirərkən deyib. Hüquqşünas bildirib ki, bu məsələ, nə Ermənistanla, nə də Araik Arutunyanla bağlı iş deyil:

“Təbii ki, Rusiyanın məsuliyyət zonasında razılığı olmadan Araikin belə bir addımı mümkünsüzdür və bu baş verənlər təxribat sayılmamalıdır.

Qarabağda rus dili ilə bağlı şahidi olduğumuz proses ümumən Rusiya dövlət siyasətinin tərkib elementi kimi, ən sərfəli və uzunmüddətli perspektivə hesablanmış siyasi hədəfli yeni mərhələdir hansı ki, Rusiya bu məlun "dil" kartından Qarabağda da istifadə etmək niyyətindədir.

Xatırladaq ki, Rusiya postsovet ölkələri ərazisində siyasi məqsədləri üçün ən əlverişli vasitə kimi məhz "rus dilli əhalinin müdafiəsi" adı altında faktiki işğalçılıq siyasətini gerçəkləşdirdi. Rusiya Moldovanın Dnestryanı əyalətinə, Gürcüstanın Abxaziya və Osetiyasına, Ukraynanın Krımına və Donbasına ordu yeritməsi məhz rus dilli əhalinin müdafiə altında baş tutub.

Məlumdur ki, Azərbaycanda Qarabağda 44 günlük müharibədən öncə, Rusiyanın rus dilindən bir siyasi vasitə kimi olaraq istifadəsi mümkünsüz idi baxmayaraq ki, məhz Rusiya Qarabağı erməni sifəti ilə 90-cı illərdə işğal etmişdi. Ancaq indi, 44 günlük müharibədən sonra Qarabağda 90-cı illərdən tam fərqli bir situasiya meydana gəlib və strateji baxımdan Rusiyanın Qarabağda daimi mövcudluğu ancaq rus dilli əhalinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmini adı ilə mümkün görünür. Məlumdur ki, Rusiya bundan sonra Qarabağda ermənilərə rus vətəndaşlığı verməyi planlaşdırır. Görünən odur ki, baş verənlərə qədər narahatçılıqlarımız tam əsaslı imiş və Rusiya daha təhlükəli prosesə start verdi, təbii ki, növbəti mərhələdə isə yerli erməni əhalisinin rus dilinin kütləvi öyrədilməsi üçün rus dili tədris müəssisələri yaradılacaq”.

Partiya fuksionerinin sözlərinə görə, Rusiyanın öz siyasi məqsədləri üçün hər bir mümkün əxlaqi, qeyri-əxlaq, mədəni, iqtisadi-sosial, elmi, dil və ədəbiyyatdan geniş istifadə etdiyini tarix sübut edir:

“Rus dövləti öz qadınlarından belə, siyasi məqsədlərlə istifadəsi artıq dünya miqyasında qəbul edilmiş faktdır. Bu baxımdan rusların Qarabağda rus dilindən siyasi hədəfləri üçün istifadə etməsi tam aydın və şübhəsizdir. Hələ 2019-cu ilə mətbuatda geniş yayımlanmış məqaləmdə rus dilinin Azərbaycan xalqı və dövləti üçün təhlükə mənbəyi olması haqqında yazmışdım və gördüyümüz kimi, heç də yanılmamışam.

Ancaq o vaxtın və zamanın gələcəyinə əminəm ki, buz də bir dövlət, millət olaraq yolumuzdan dönməyəcək, məqsəd və hədəflərimizə addım-adım yaxınlaşacayıq necə ki, yaxınlaşırıq. Sadəcə bir həqiqət var. Bütün tarix boyu Rusiya Azərbaycanın bir nömrəli problemi və başağrısı qalmaqda davam edir”.
шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024