Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-02-2021, 12:39)
Prezident təməlini qoydu: Naxçıvana uzanan xətt...

 Azərbaycan Prezidenti İlham Əliyev Horadiz-Ağbənd dəmiryol xəttinin təməlini qoyub. Ümumi uzunluğu 100 kilometr olan bu dəmiryol xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olacaq.
Bu sözləri "Mediatv.az"-a iqtisadçı-alim Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri haqda danışarkən deyib.
O bildirib ki, Horadiz-Ağbənd dəmiryolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər:
“Bərpa və yenidənqurma prosesindən sonra işğaldan azad olunan ərazilərimizə getmək istəyənlərin sayının çox olacağını nəzərə aldıqda bu nəqliyyat infrastrukturunun üstünlüklərini təsəvvür etmək çətin olmaz.
Digər tərəfdən, dəmiryol xətti Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmiryolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Naxçıvana çəkiləcək dəhlizin əhəmiyyətini daha da artıracaq.
Dəmiryol nəqliyyatının inkişaf etdirilməsi kontekstində dəhlizin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevrir”.
Ekspertin sözlərinə görə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir:
“Bu, Naxçıvanın ölkəmizin əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq.
Beləliklə, yalnız Füzuli rayonu və ya işğaldan azad olunan ərazilərimiz üçün deyil, bütövlükdə ölkəmiz üçün vacib nəqliyyat infrastrukturunun inşasına başlanılır. Ölkəmiz üçün xeyirli və düşərli olsun”.шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024