Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-10-2014, 19:36)
Eldəniz Quliyevin məhkəməsi təxirə salındı

 

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış ziyalı Eldəniz Quliyevin 22 oktyabra təyin edilən məhkəmə prosesi təxirə salınıb. Səbəb Eldəniz bəyin vəkili Elçin Sadıxovun prosesdə iştirak edə bilməməsi olub. 

Mediatv.az ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, məhkəmə heyəti növbəti prosesi oktyabrın 29-u saat 16:00-a təyin edib.
Xatırladaq ki, mühakimə sentyabrın 8-də başlayıb. Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Eldəniz Quliyev “Feysbuk” səhifəsi vasitəsilə Ramil Usubova müraciət ünvanlayıb. “Moderator.az” saytında da dərc olunan müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini yazan Eldəniz Quliyev naziri konkret addımlar atmağa səsləyib.
8 sentyabr prosesində hakim Eldəniz Quliyevin “Feysbuk” statusunda gedən bəzi ifadələrin məhkəmə linqvistik ekspertizasına təqdim olunmasına qərar verib. Ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib.
Onu da qeyd edək ki, oktyabrın 20-də keçirilən prosesdə Ramil Usubovun vəkili çıxış etmişdi. O, irəli sürdükləri iddiada göstərdikləri hər iki maddə üzrə, yəni Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə Eldəniz Quliyevə üst-üstə 1 il həbs cəzası verilməsini istəmişdi. Bu, həmin maddələrlə maksimum cəzadır.
Qarşı tərəf isə məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəmişdi. Bu gün keçirilən prosesdə məhkəmənin öz qərarını elan edəcəyi gözlənilirdi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024