Siyasət / Slayd (15-12-2020, 09:27)
Türkiyə ABŞ-ın sanksiyalarına CAVAB VERƏCƏK
Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri (ZRK) ilə bağlı ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara sərt münasibət bildirib.
APA-nın Türkiyə XİN-ə istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilib ki, rəsmi Ankara “ABŞ-ın S-400 ZRK tədarükü səbəbindən bu gün açıqladığı və Türkiyəyə qarşı birtərəfli sanksiyaları nəzərdə tutan qərarı qınayır və rədd edir”.
“Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün lazım olduğunu düşündüyü tədbirləri görməkdən imtina etməyəcək”, - Türkiyə XİN-in yaydığı açıqlamada belə deyilir.
Açıqlamada qeyd olunub ki, Türkiyə bu sanksiyaya qarşı lazımi addımları atacaq: “Türkiyə münasibətlərimizə mənfi şəkildə təsir edəcəyi qaçılmaz olan bu qərara qarşı lazımi addımlar atacaq”.
Qeyd olunur ki, Türkiyə tərəfindən əldə olunan S-400 sistemləri ilə əlaqədar NATO sistemlərinin zəifliyi ilə bağlı ABŞ-ın iddialarının heç bir texniki əsası yoxdur.
“Türkiyə NATO-nun iştirakı ilə texniki bir işçi qrupunun yaradılması təklifini irəli sürüb və dəfələrlə bu məsələni obyektiv və real əsasda, siyasi qərəzsiz yolla həll etməyi təklif edib. ABŞ-ı bu ədalətsiz sanksiya qərarına yenidən baxmağa dəvət edirik”, - deyə sənəddə bildirilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024