Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (30-11-2020, 10:51)
Erməni siyasilər Əliyevin sözləri ilə hücum edir - İLGİNC


Erməni siyasilər Əliyevin sözləri ilə hücum edir
İrəvanda qızışan siyasi didişmələr fonunda hakimiyyətlə müxalifətin bir-birinə qarşı istifadə etdiyi ifadələr, istinad etdiyi faktlar diqqət çəkir.

Dabanyalayan

Bu, İlham Əliyevin müharibənin getdiyi dövrdə Paşinyana verdiyi adlardan biri idi.

İndi bu ad Ermənistanda siyasi mübarizə leksikonuna çevrilib. Serj Sərkisyanın lideri olduğu Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov Paşinyanı belə ittiham edir:

- Sən türkün dabanını yalamısan, indi də xahiş edirsən, Moskva onun dabanını yalamağa icazə versin.

Nə oldu, Paşinyan?!

Əliyevin lətifəyə çevrilən “nə oldu Paşinyan” ifadəsi də ermənilərin siyasi ittiham mətnlərində istifadə olunur.

Erməni hərbçi, “Krım komandiri” kimi tanınan separatçı Armen Marotyan “Nə oldu, Paşinyan” ifadəsinə işarə vuraraq, deyir:

- Paşinyan Azərbaycanda yumor qəhrəmanına çevrilib.

Bunun fonunda İlham Əliyevin “Paşinyan heç kimdir... Biz Köçəryan, Sərkisyan ordusunu məhv etmişik” sözlərindən sonra Paşinyan komandasının Köçəryan-Sərkisyan hakimiyyətinə qarşı “ordunu siz dağıtmışdınız” ittihamları sürətləndi.

Paşinyan bu ittihamlarla məğlubiyyətinə haqq qazandırır, lakin İlham Əliyevin müharibə dövründə Nikolu, müharibədən sonra Köçəryan-Sərkisyan cütlüyünü vurmaqla didişən erməni siyasi seqmentinə yön verdiyi diqqətdən qaçmır.

İndi Ermənistanda siyasi rəqiblər bir-birinə Əliyevin ifadələri ilə hücum edirlər.
//axar.az//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024