Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-11-2020, 22:09)
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi

 


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Ceyhun Bayramov İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri, alim Möhsin Fəxrizadənin terror hücumu nəticəsində qətlə yetirilməsi ilə bağlı İranlı həmkarına başsağlığı bildirib.
Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi vurğulanıb.
Nazirlər bu həftə ərzində videokonfrans formatında keçirilmiş müzakirəkərə əlavə olaraq, ikitərəfli iqtisadi əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Məsələlərin ətraflı şəkildə aidiyyəti qurumlar tərəfindən müzakirə edilməsinin vacibliyi qeyd olunub.
XİN başçıları həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024