Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-11-2020, 16:13)
Avropa Birliyi atəşkəsi alqışladı - "Razılaşmanın müddəalarının icrası diqqətlə izlənəcək"

 Avropa Birliyi (AB) Dağlıq Qarabağda və ətrafında əməliyyatların dayandırılmasını, Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə olunmasını alqışlayır. Qurum tərəfləri atəşkəsə ciddi əməl etməyə və itkilərin qarşısını almağa çağırıb. AB bütün regional oyunçuları atəşkəsə təhlükə yarada biləcək hərəkətlər və ritorikadan çəkinməyə çağırır. Birlik əcnəbi döyüşçülərin regiondan tamamilə və dərhal çəkilməsini vacib sayır.
Qurum bildirir ki, atəşkəs müddəalarının icrasını diqqətlə izləyəcək, özəlliklə ona nəzarət mexanizmini.
“Əməliyyatların dayandırılması çoxdan davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoymaq yolunda ilk addımdır. AB hesab edir ki, münaqişənin, eləcə də Dağlıq Qarabağın statusunun danışıqlar yoluyla, hərtərəfli və davamlı həlli cəhdləri yenilənməlidir. Bu səbəbdən AB ATƏT-in Minsk qrupuna tam dəstəyini ifadə edir” – bəyanatda vurğulanır.
AB münaqişələrin həllində gücdən, özəlliklə klastr sursatlarından istifadəyə tamamilə qarşı olduğunu bəyan edir. Qurum tərəfləri beynəlxalq humanitar qanuna sayqı ilə yanaşmağa, əsirlərin və meyitlərin mübadiləsi üzrə razılaşmalara əməl etməyə çağırır.
Bəyanatda həmçinin məcburi köçkün əhalinin Dağlıq Qarabağa və ətraf regionlara könüllü, təhlükəsiz və davamlı qayıdışı üçün ən yaxşı şərtlərin təmin edilməsinin vacibliyi vurğulanır. Regionda mədəni və dini iris qorumağın və bərpa etməyin əhəmiyyətindən söz açılır. “Törədildiyi bildirilən istənilən hərbi cinayət araşdırılmalıdır”, – bəyanatda deyilir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024