Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-10-2020, 20:42)
“Şuşanın divarlarına gəlib çatmışıq...” – “Rusiya azad etdiyimiz rayonları bizə qaytarmağı təklif edir”

 Oktyabrın 29-da keçirilən “Rusiya çağırır!” investisiya forumunda iştirak edən Rusiya prezidenti Vladimir Putin, çıxışından sonra Dağlıq Qarabağ münaqişəsi barədə suala cavab verib. Putin suala cavabında nədənsə Dağlıq Qarabağ münaqişəsinin əvvəlcə Sumqayıtda baş vermiş iğtişaşlardan başlandığını iddia edib.
Sitat: “Sovet İttifaqının ovaxtkı rəhbərliyi insanların təhlükəsizliyini təmin etmək üçün heç bir tədbir görməyib. Ermənilər silaha sarılıblar, həm də bunu özləri ediblər. Yaxşı ediblər, yoxsa pis ediblər, bilmirəm, amma onların hərəkətlərinə ilkin təkan etnik zəmində baş verən bu neqativ hadisələr olub. Bu nəyə gətirib çıxarıb? Ona gətirib çıxarıb ki, Dağlıq Qarabağın özü və Azərbaycanın yeddi rayonu Ermənistanın nəzarətinə keçib. Bu, yaxşıdır, yoxsa pis?...”
Rusiya prezidenti daha sonra Azərbaycan tərəfinin hazırkı mövqeyinə toxunub: “Azərbaycan nə deyir? O deyir ki, bütün hallarda bu yeddi rayonun nə etnik münaqişəyə, nə də Ermənistana dəxli var. Çünki bu Azərbaycanın əzəli torpaqlarıdır. Azərbaycan deyir: “Bizim bu əraziləri qaytarmaq və Dağlıq Qarabağla məsələni həll etmək haqqımız var”. Başa düşürsünüz, hərənin öz həqiqəti var. Burda sadə həll yolu yoxdur. Bu düyün çox dolaşıq düyündür”.
Putin deyib ki, biz əvvəlcə beş rayonun, sonra iki rayonun Azərbaycana qaytarılması və Dağlıq Qarabağda xüsusi rejimin yaradılması mümkünlüyündən çıxış edirdik: “Məsələnin həlli hər iki tərəfin maraqlar balansının tapılmasındadır. Bu həll həm dəyişməz hörmətimiz olan Azərbaycan xalqının, həm də erməni xalqının və Ermənistan dövlətinin maraqlarını təmin etməlidir”.
Putin qeyd edib ki, münaqişənin nizamlanması adamların çox sadə dolandıqları Qarabağ və Ermənistanın da inkişafına, bu bölgələrə investisiyaların yatırılmasına imkan yaradardı: “Üç onillikdir ki, davam edən bu münaqişə hər iki tərəfin səmərəli inkişafına imkan vermir. Lakin ilk öncə hərbi əməliyyatların, adamların həlak olmasının dayandırılması lazımdır”. Rusiya prezidenti bunun ardınca deyib ki, daha sonra danışıqlar masası arxasına oturmaq və Minsk qrupunun prinsipləri əsasında tənzimləməyə başlamaq lazımdır. Putin onu da vurğulayıb ki, Minsk qrupunda Rusiya, ABŞ və Fransadan başqa Türkiyə də daxil bir çox ölkələr var: “Bu birgə işin əsasında da konsensus və maraqların balansı əldə edilməlidir. Bunu etmək olar”.
Siyasi ekspert Azər Qasımlı Rusiya prezidentinin çıxışı təhlil edrək aşağıdakı qənaətə gəlib:
- Qarabağ problemini həll etmək üçün Ermənistanla Azərbaycanın maraqlarının balansını tapmaq lazımdır. Bunun üçün müharibə dayanmalıdır və tərəflər danışıqlar masasına oturmalıdır;
- İlk olaraq 5 rayon Azərbaycana qaytarılmalıdır, sonra isə 2 rayonla bağlı məsələ öz həllini tapmalıdır;
- Rusiya Türkiyənin Qarabağ prosesində iştirakının əleyhinə deyil. Lakin bu iştirak Minsk qrupu çərçivəsində olmalıdır. Türkiyədən başqa ölkələr də var qrupda, onlarla birgə iştirak edə bilər.
Ekspert qeyd edir ki, Putinin bu üç tezisində Rusiyanın məqsədləri tam çılpaqlığı ilə ortadadır. Onun sözlərinə görə, Putin "Ermənistanla Azərbaycan arasında balans tapılmalıdır" dedikdə, əslində Rusiya üçün balansı nəzərdə tutur. "O, nə bizi, nə Ermənistanı öz təsir dairəsindən buraxmaq istəmir. Nə də Türkiyənin bölgədə söz sahibi olmasına razıdır. Biz, Azərbaycan olaraq niyə Ermənistanın maraqları ilə hesablaşmalı və balans axtarmalıyıq? Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, Qarabağ da Azərbaycan ərazisi. Qarabağla bağlı istənilən hüquqi-tarixi sənədlər bu torpaqların Azərbaycan dövlətinə və xalqımıza aid olduğunu göstərir. Qarabağın və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının Ermənistan dövlətinə nə aidiyyatı var? Qarabağda yaşayan vətəndaşlar Azərbaycanda yaşamaq istəmirlərsə sərbəst şəkildə gedib istədikləri yerlərdə yaşaya bilərlər. Azərbaycan dövləti hamının Qarabağda sülh içində yaşamasına təminat verir. Azərbaycan bunu dəfələrlə bəyan edib", - A. Qasımlı vurğulayıb.
Siyasi ekspert qeyd edir ki, Putin bir ay susdu, indi isə deyir tərəflər dərhal danışıqlar masasına oturmalıdır və 5 rayon Azərbaycana qaytarılmalıdır: "Şuşanın divarlarına qədər gəlmişik, azad etdiyimiz, artıq bizdə olan rayonları bizə qaytarmağı təklif edir... Əsl məqsəd sülhə nail olmaqdırsa, bunu bir ay əvvəl, hətta son 26 il ərzində niyə təklif etmirdilər?!"
Azər Qasımlının sözlərinə görə, Putin Qarabağ prosesində Türkiyənin iştirakına razı olduğunu desə də, əslində razı olmadığını gizlədə bilməyib: "Dediyi odur ki, Türkiyə də digər həmsədr olmayan 8 üzv kimi mövqe bildirsin, bu qədər. Bir sözlə dediyi odur ki, Türkiyə nə həmsədr ola bilər, nə də Rusiya ilə birgə problemin çözülməsində iştirak edə bilər..."
Ekspert hesab edir ki, Moskva Azərbaycanın və Ermənistanın hərbi-siyasi baxımdan tükənəcəyini, bölgədə sülhün yalnız Rusiyadan asılı olacağını və bunu ilk növbədə ermənilərə göstərəcəyi anı gözləyib, hər iki tərəfə barış təklif etmək, üzünü Qərbə doğru çevirmək istəyən Paşinyanın mövqeyini sarsıtmaq, Qarabağa Rusiya sülhməramlılarını yerləşdirmək niyyətindədir.
"Mən dəfələrlə yazmışam ki, Azərbaycanda heç bir ölkənin və ya hərbi-siyasi blokun bazaları olmamalıdır və Azərbaycan rəsmi neytral ölkə olmalıdır. Bu fikri açıq şəkildə bütün dünyaya, ilk növbədə isə Rusiya rəhbərliyinə çatdırmalıyıq. Qarabağ probleminin həlli məsələsini də məhz bu kontekstdə qoymalıyıq. Hazırda bölgəmizdə söz sahibi ola biləcək iki dövlət var - Rusiya və Türkiyə. Biz yalnız 5+2 rayonu deyil, işğalda olan bütün torpaqlarımızı azad eməli və ərazi bütövlüyümüzü bərpa etməliyik. Rusiya bunu qəbul etməlidir. Etmək istəmədiyi təqdirdə Azərbaycan xarici siyasət strategiyasında yekun qərarını verməli və gələcək inkişaf yolunu birdəfəlik seçməlidir. Rusiyanın prosesə müdaxilə edəcəyi təqdirdə Azərbaycan Türkiyənin hərbi bazalarını öz ərazisində yerləşdirəcək, NATO ilə sıx və sürətli əməkdaşlığa yaşıl işiq yandıracaq", - deyə A. Qasımlı vurğulayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024