Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (27-10-2020, 11:05)
“Seçim Paşinyana aiddir, amma çox vaxtı yoxdur” - Elçin Əmirbəyov

 Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Əl-Cəzirə” telekanalının xəbər buraxılışının canlı yayımında müsahibə verib.
Mediatv.az xəbər verir ki, müsahibəsində Ermənistanın üçüncü dəfə Vaşinqtondakı görüşlər nəticəsində elan edilmiş humanitar atəşkəs rejimini bir daha kobud şəkildə pozduğunu bildirən E. Əmirbəyov, Azərbaycan tərəfinin bu dəfə İrəvanın öz öhdəliklərini yerinə yetirəcəyi ilə bağlı xüsusi gözləntilərinin olmadığını bildirib.
“Paşinyan döyüş əməliyyatlarının dayandırılmasına razı ola bilməz, çünki müharibədən sonra döyüş meydanında alçaldıcı bir məğlubiyyətə uğrayan Ermənistan xalqı 27 sentyabrda başlatdığı hərbi avantüraya görə ondan hesab tələb edəcək. Paşinyan və ətrafı xarici torpaqlar uğrunda mübarizə aparmaq  üçün açıq bir ölümə göndərdikləri erməni hərbi qulluqçularının minlərlə ata və analarına da cavab verməli olacaq.
Məhz bu səbəbdən Paşinyan hər dəfə vasitəçilərə yeni bir atəşkəs üçün yalvarmağa davam edir. Ancaq sülhə getmək üçün deyil, qalan qüvvələrini yenidən toplamaq, müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərə nəzarəti bərpa etmək xəyalı ilə yeni silah və texnika partiyalarının gətirilməsi naminə yaranmış fasilədən istifadə etmək üçün. Eyni zamanda, Ermənistan hərbçilərinin diqqəti Azərbaycanın mülki əhalisinin raket və top atəşinə tutulmasına yönəlib ki, bu da 65 nəfərin ölümünə və 300-dən çox insanın yaralanmasına səbəb olub”, - deyə E. Əmirbəyov vurğulayıb.
Bakının mövcud şəraitdə münaqişənin həllini necə gördüyü sualına cavabında E. Əmirbəyov bildirib:
“Azərbaycan münaqişənin sülh yolu ilə həll axtarışına sadiq qalır, lakin əsas məqsəd beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tez bir zamanda bərpasıdır. Bunu etmək üçün yalnız iki yol var. Birincisi, Ermənistan atəşi dərhal dayandırır, Ermənistan rəhbərliyi bütün silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması barədə ictimai bir öhdəlik götürür, belə bir geri çəkilmə ilə əlaqədar ən qısa müddətdə bir cədvəl razılaşdırılır və bundan sonra tərəflər siyasi tənzimlənmənin bütün digər aspektləri üzrə danışıqlar mərhələsinə keçirlər.
İkinci yol isə, Ermənistan döyüş meydanında mənasız müqavimət göstərməyə davam edir, vasitəçilərin sülh prosesini qaytarmaq cəhdlərini rədd etməyə davam edir və bununla da Azərbaycanı əlindəki qeyri-diplomatik legitim vasitələrlə son hədəfinə çatmağa məcbur edir. Seçim Paşinyana aiddir, amma çox vaxtı yoxdur”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024