Siyasət (23-10-2020, 19:05)
“Erməni tərəfi separatçıların danışıqlar masasına oturmasını israr edirdi”
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ-ın “Vaşinqton Post” qəzetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi yayımlanıb.
“Mediatv.az” xəbər verir ki, məqalədə deyilir:
“Oktyabrın 16-na keçən gecə Ermənistan tərəfindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə “SKAD” raketləri atıldı. Gecə qaranlıq vaxtı, evakuasiyaya icazə verilməsi üçün əvvəlcədən xəbərdarlıq edilmədən olunan hücum evləri və günahsız ailələri hədəf aldı. 14 mülki şəxs həyatını itirdi, digər 40 nəfər ağır yaralandı.Bu ikinci hücum üçüncü də ola bilərdi. Keçən həftə hərbi kəşfiyyat Ermənistanın ballistik raket batareyasının şəhərlərimizi vurmaq üçün Azərbaycanla sərhədə doğru hərəkət etdiyini müəyyənləşdirdi. Ermənistan Müdafiə Nazirliyindən xüsusi icazə tələb edən planlaşdırılmış hücum, sonuncusu kimi, yalnız ölkə rəhbərliyinin birbaşa əmri ilə baş verə bilərdi. Raket batareyasını məhv etməkdən başqa bir seçim yox idi. Bununla birlikdə, bir tərəfdən hərbi bir qurğuya zərbə vurmaqla digər tərəfdən uzaqmənzilli “SKAD” raketləri ilə günahsız mülki insanları hədəf almaq arasında bir fərq var. Gəncə işğal altındakı Dağlıq Qarabağdan 60 km məsafədədir.
Bu münaqişənin necə çatdırılması ilə əslində nə olduğu arasında da bir fərq var. Buna gah sərhəd mübahisəsi deyildi; gah da bəzilərinin istədiyi kimi, rəqib qlobal güclər üçün proksi-müharibə (dolayı yolla aparılan müharibə) də adlandırıldı. Fakt olaraq isə, bu Azərbaycan ərazisində gedən müharibədir. Müharibə Ermənistanın işğalı və iyirmi ildən çoxdur ki, onların Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal etməsindən qaynaqlanır. Gəncə dəfələrlə hədəf alındıqda, müharibə Azərbaycanın münaqişə zonası olmayan və heç vaxt olmamış ərazisinə də uzanır.
Azərbaycanın 20% ərazisinin qanunsuz işğalı ilə nəticələnən 1988-94-cü illər müharibəsindən etibarən mənim ölkəm ərazilərin dinc yolla qaytarılması üçün təxminən 30 ildir danışıqlar aparır. Beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn aliliyinə riayət olunması üçün işğalçını məcbur etməməsi məyusedicidir.
Azərbaycanın beynəlxalq səviyyədə müəyyən olunmuş sərhədləri daxilində ikinci bir Ermənistan - qondarma “Dağlıq Qarabağ Respublikası" üçün gələcək yoxdur. Bu yanaşma deyil, həqiqətdir: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ardıcıl dörd qətnaməsi ilə beynəlxalq hüquqla da təsbit edilmişdir.
ABŞ, Rusiyaya, hətta Ermənistanın özü də - hər bir ölkə kimi Azərbaycanın ərazi bütövlüyünün qanuniliyini və Dağlıq Qarabağın onun tərkibindəki ayrılmaz yerini tanıyır. Üstəlik, Azərbaycan sülh əldə edildikdə Dağlıq Qarabağa mümkün olan ən yüksək muxtariyyət verilməsi barədə öhdəliyini dəfələrlə bildirmişdir.
Beləliklə, separatçılarla danışıqlar aparacaq bir şey yoxdur: qanuni olaraq Dağlıq Qarabağı evi adlandıran hər kəsə - istər erməni etnik mənsubiyyətinə, istərsə də 1988-94 müharibəsi illərində evlərindən çıxarılan bir milyona yaxın azərbaycanlı qaçqınları ehtiyacını nəzərə alaraq. Azərbaycanın ayrılmaz hissəsi kimi eyni torpaqda və sülh şəraitində birlikdə yaşamaq üçün bir yol tapılmalıdır.
Bu mümkündür. Azərbaycan onsuz da sünni və şiə, yəhudi, xristian və pravoslavların, azərbaycanlıların, rusların, ləzgilərin, avarların, talışların, gürcülərin, saxurların və başqalarının qarışığıdır. İşğal olunmuş ərazilər xaricində təxminən 30.000 erməni Azərbaycanı vətəni adlandırır. Bura tək millətin və tək bir dinin vətəni deyil.
Bununla belə, ən azından indiki halda Ermənistan hökuməti destruktiv faəliyyətini davam etdirir. Moskvadakı son atəşkəs danışıqları zamanı, onların diplomatları on birinci saatda hər hansı bir razılaşma imzalanmazdan əvvəl separatçıların danışıqlar masasına oturmalarını israr edirdilər. Bu, Azərbaycan və ev sahibləri tərəfindən rədd edildi. Hər halda, havadarları artıq əks tərəfdə oturduqda onların maşaları ilə danışmaq üçün heç bir səbəb yoxdur.
Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən son dəqiqələrdə edilən cəhd qaçılmaz nəticəni dayandırmaq üçün idi. Bunun müxalifət liderləri və jurnalistlərin həbslərinin kəskin artması fonunda ölkəsindəki idarəetmə böhranından yayınmaq cəhdi olduğunu güman edirik. Münaqişədən əvvəl bu rəhbərliyin seçki vədlərini yerinə yetirmək üçün çətinliklər sürətlə artmaqda idi.
Onun şahidi olduğumuz qarşıdurmanı genişləndirmək niyyəti buradan qaynaqlanır. İndi, cənab Paşinyan ABŞ-a və xüsusən də ABŞ-dakı və dünyadakı erməni diasporasına bunun mövcudluğa qarşı təhlükə kimi göstərməyə çalışır. Yalnız Ermənistan dövlətinə deyil, hər yerdə olan bütün ermənilərə qarşı.
Azərbaycan isə Ermənistanla qonşu kimi sülh və firavanlıq içində birlikdə yaşamaq istəyir. Bütün ortaq çətinliklərimiz Ermənistanın işğalı davam etdirməsi, və sülhün mümkün olan yeganə şərtinə riayət etməməsindən qaynaqlanır: qoşunları torpaqlarımızdan çıxarmaq. Fərqli yaşamağı öyrənməliyik.
Ancaq birinci sonda həqiqət kimi qalacaq şeylərdən başlayırıq: Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bu əsasda bu müharibəyə son qoya bilərik və sülh yolunu tuta bilərik".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024