Siyasət (23-10-2020, 12:46)
Ərdoğan Sevil Nuriyeva ilə görüşdü

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İstanbuldakı Vahdettin köşkündə qəbuldan sonra professor Aygün Attar bildirib ki, səmimi atmosfer mühitində keçən görüş zamanı Türkiyə Prezidenti ölkəsinin Azərbaycana mənəvi dəstək göstərilməsi məsələsində qətiyyətli olduğunu və güclü həmrəyliyini bir daha təsdiqləyib.
TADİV sədri 1918-ci ildə Osmanlı Dövlətinin ən çətin zamanlarında Qafqaz İslam Ordusunun Bakını işğaldan qurtarması üçün göstərdiyi dəstəyin Azərbaycan xalqı tərəfindən heç bir vaxt unudulmayacağına və indi də həmin ruhun mövcud olduğuna tam əminliyini ifadə edib.
Sevil Nuriyeva qeyd edib ki, Türkiyənin Azərbaycana dəstəyi savaş içində olan ölkəmizdəki psixoloji duruma müsbət təsir edir. Jurnalist, xüsusilə Türkiyə rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə iki ölkənin media platformasının ortaq fəaliyyəti barədə aldıqları güclü qərara diqqəti cəlb edib. Azərbaycanın haqq davasına qarşı Qərb dünyasında tətbiq olunan media embarqosunun Türkiyə sayəsində ortadan qalxdığı vurğulanıb.
Görüşdə Prezidentin sözçüsü İbrahim Kalın və İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun iştirak ediblər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025