Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-10-2020, 15:13)
Qərbdən dəstək dilənən Paşinyanın ümidləri tam tükəndi

 Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 27-dən başlayaraq həyata keçirilən uğurlu əks-hücum əməliyyatı zamanı düşmən ordusunun darmadağın edilməsi, canlı qüvvələrinin və hərbi texnikasının tükənməsi, həmçinin beynəlxalq miqyasda gözlənilən dəstəyin olmaması Ermənistan rəhbərliyini çıxılmaz vəziyyətə salıb.

Avropa İttifaqının Ermənistanın Gəncəyə raket zərbələrindən sonra verdiyi açıqlama isə guya qərbyönümlü siyasət yürüdən Paşinyan hakimiyyətinin xarici siyasətinin və əlaqələrinin iflasa uğradığını açıq şəkildə ifadə edir. Bu məqam Ermənistanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında da aydın görünürdü. Hətta Ermənistan XİN Avropa İttifaqını birtərəfli mövqe tutmaqda ittiham etməkdən də çəkinmədi. Azərbaycan dəfələrlə bəyan edib ki, onun hədəfi yalnız hərbi obyektlərdir, hər hansı mülki obyektə zərbə endirmək niyyətimiz olmayıb və bundan sonra da olmayacaq. Gəncə hadisələrindən sonra Azərbaycan Ordusunun düşmənə döyüş meydanında verdiyi layiqli cavab bunun bariz nümunəsidir.

Bunun fonunda uzun illərdir həm çoxşaxəli xarici siyasət yürüdən, dünya dövlətləri, o cümlədən Avropa ölkələri və qonşu ölkələrlə bərabər əsasda qarşılıqlı əlaqələr quran Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi əlbəttə ki, gözlənilən idi.

Ermənistanın isə bu cür aciz vəziyyətdə erməni lobbisinin bəslədiyi hansısa xırda partiyaların və ya siyasətçilərin dəstəyinə “arxalanmaqdan” başqa yolu yoxdur. Misal üçün, bu günlərdə Almaniya Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” partiyasının (AfD) üzvləri Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər. Bu partiyanın Almaniyadakı nüfuzuna baxmaq kifayət edir ki, Ermənistanın hazırkı durumunu göz önündə canlandıraq. Almaniyada olduqca mənfi imicə sahib olan “AfD” partiyasının çıxış etdiyi əsas mövzulara, irəli sürdüyü tələblərə nəzər salaq: Almaniyanı “islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaq, ölkədə məscidlərin inşasına vəsaitin ayrılmamasını, hicabın qadağan olunması, məktəblərdə İslam dini ilə bağlı tədrisin alman dilində aparılması.

Təsadüfü deyil ki, bu cür nasist yanaşmalar hər zaman Ermənistanın özündə də geniş şəkildə təbliğ edilib. Millətçilik, diktatura, irqçilik, genişlənmə, antisemitizm… Bütün bunlar Ermənistanın illərdir yürütdüyü siyasətin tərkib hissəsi olub. Monoetnik ölkə olan Ermənistanın belə çətin günlərdə ənənəvi təcrübələrə müraciət etməsi halları sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar zamanı bir daha özünü göstərdi. Belə ki, dinc əhalinin sıx yaşadığı ərazilərin, mülki obyektlərin, hətta cəbhə bölgəsindən aralıda yerləşən şəhərlərimizin raket atəşinə tutulması müharibə cinayəti olmaqla Ermənistanın yürütdüyü faşizm siyasətinin tərkib hissəsi kimi bu günlərdə də özünü göstərir.

Bu səbəbdən irqçi, islamofob, antisemitizm və ksenofob meyillilikəri ilə tanınan “AfD”nin nümayəndələrinin bu səfəri təəccüb doğurmamalıdır. Onu da qeyd edək ki, bu partiya fəal şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edir. Buna görə də bu partiyanı və onun üzvlərini demokratik cəmiyyətlərdə, elə Almaniyanın özündə də arzuolunmaz şəxslər hesab edilirlər. Ona görə də Yerevanın mərkəzində faşist cəlladı Qareqin Njdeyə heykəl qoyan Ermənistanın faşizmə rəğbət bəsləyən “Almaniya üçün alternativ” partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi bu ölkənin xisləti üçün təbii bir hal kimi görünür və cəbhədə ciddi məğlubiyyətlə üzləşən Ermənistanın Qərbin ciddi siyasi qüvvələrindən dəstək almaq cəhdlərinin də nəticəsiz qaldığını göstərir.

Əminliklə deyə bilərik ki, Sorosun layihəsi olan Paşinyanın bundan sonra gözlənilən bütün cəhdləri də uğursuzluğa qərq olacaq. Çünki Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət aparır, həm iqtisadi, həm siyasi sferalarda aparıcı xarici ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələrinə malikdir. Ermənistan kimi heç bir perspektiv vəd etməyən bir ölkəyə görə Azərbaycan kimi tərəfdaşı itirmək isə heç bir ölkəyə sərf etməz.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024