Siyasət (9-10-2020, 18:19)
Prezident: “Müxtəlif ölkələrin başçılarına gündə bir neçə dəfə zəng edərək yalvarır, özünü alçaldır”

Bunu Prezident İlham Əliyev AZTV telekanalında xalqa müraciəti zamanı məlumat verib.
Dövlət başçısı bildirib ki, bu gün ermənilərin qazdığı səngərlərdə Azərbaycan əsgərləri dayanıb:
“Onlar bizim yox, biz onların səngərlərində, postlarında, tanklarında onlara qarşı mübarizə aparırıq. Onların tankları onlara qarşı indi döyüş meydanında vuruşur. Bizim üstünlüyümüz, açıq informasiya məkanında, internetdə necə dəqiq, sərrast atəşlərlə düşmənin texnikasını məhv etdiyimizə dair məlumatlar göstərilir. Düşmən panikadadır. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir.
Müntəzəm olaraq müxtəlif ölkələrin başçılarına gündə bir neçə dəfə zəng edərək yalvarır, yardım istəyir. Özünü alçaldır ki, bizi xilas edin. Onların xilasının yeganə yolu isə bizim torpaqlarımızdan çıxmasıdır.
Biz dəfələrlə onlara demişik ki, öz xoşunuzla çıxın Azərbaycan torpaqlarından. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq? Xeyr. Bunu dəfələrlə demişdim. Onların qudurğanlığının dərəcəsinə baxın ki, bizim torpaqlarımızı zəhərləyib, bizə qarşı iddia qaldırırlar.
Biz onları yerinə oturtduq. Biz onları elə qovuruq ki, onlar bunu heç vaxt yaddan çıxarmayacaqlar. Azərbaycan cəbhəboyu bütün istiqamətlərdə mövqelərini möhkəmləndirir.
Biz işğalçı, təcavüzkarı sülhə məcbur edirik və göstəririk ki, döyüş meydanında da, siyasi meydanlarda da biz qalib gəlirik”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025