Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-10-2020, 12:21)
"Ermənilər Xaçın çaya gələn suyu zəhərləyə bilərlər" - AÇIQLAMA

 Xəbər verildiyi kimi, Suqovuşan kəndi azad olunandan sonra üç rayona suyun verilməsinə başlanıb.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-dən bildirilib ki, hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub.

Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kbm olan Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər rayonunun 24481 ha, Ağdərə rayonunun 14380 ha, Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 5912 ha, Bərdə rayonunun 12620 ha, Ağdam rayonunun 29886 ha və Ağcabədi rayonunun 2000 ha, ümumilikdə 96217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bununla yanaşı suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaratmışdı. Ermənistan məqsədli şəkildə su axınını daim dayandırırdı.

Qeyd edək ki, 30 ilə yaxındır ermənilərin Sərsəng su anbarının qarşısını kəsməsi ilə Xaçın çayı, Yuxarı Qarabağdan gələn su arxları da qurumuşdu. Hansı ki, Bərdə və Ağdamın təsərrüfatları da bu çaydan qidalanırdı.

Maraqlıdır, hazırda Suqovuşan su anbarından buraxılan su ilə Xaçın çaya da su gələcəkmi?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Cebhe.info-ya açıqlamasında Xaçın çayına da suyun gəlməsinin təmin edildiyini deyib:

“O dövrdə Sovetlər Birliyində tikilən su anbarı ermənilərin əlində, yəni işğal olunmuş ərazilərimizdə qaldı. Bu səbəbdən onlar bu anbarlarları idarə edirdilər və suyu buraxmırdılar. İndi həmin əraizilər azad olunub və su anbarlarına nəzarət edə bilmirlər. Bu gün o ərazilərdəki bütün çaylar su ilə doludur. Artıq Xaçın çaya da su gələcək. Sadəcə, o infrastruktura nəzarət etmək lazımdır ki, vandallar suyu zəhərləməsinlər. Bunu edə bilərlər. Amma su elədir ki, günəşlə təmasa girəndə təmizlənir. Sadəcə buna vaxt gedir”.

Ekoloq əlavə edib ki, ermənilər suyu kəsməklə Azərbaycanın kənd təsərrüfatını diz üstə çökdürmək istəyirdilər:

“Amma alınmadı... Bu gün çox şadam ki, torpaqlarımız azad olunur, bu məsələyə son qoyulur. Azərbaycan daha nə iqtisadi, nə də ekaloji cəhətdən korluq çəkəcək. Çünki dünyanın 11 iqlim qurşağının 9-u Azərbaycanda yerləşir. Bu baxımdan ölkəmiz ekoloji cəhətdən varlı ölkə sayılır”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025