Siyasət (24-09-2014, 14:30)
Azərbaycan Almaniyaya nota verib
Fransa Senatının nümayəndəsinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı isə araşdırma aparılır
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Almaniya Bundestaqının deputatlarının və Fransa Senatının nümayəndəsinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirib.
APA-nın xəbərinə görə, XİN mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib ki, Almaniya Bundestaqının deputatları Manfred Qrund və Albert Vaylerin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi Almaniya Federativ Respublikasının Bundestaqına məktubla, Xarici işlər Nazirliyinə isə nota ilə müraciət edib.
Səfirliyin notasına cavabında Almaniya XİN-in rəsmisi bildirib ki, AFR hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyi dəyişməyib və AFR Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. AFR XİN-in rəsmisi əlavə edib ki, Almaniya XİN Bundestaqa daim belə səfərlərdən çəkinməyə çağıran və işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər edənlərə qarşı Azərbaycanın prinsipial yanaşması haqqında məlumatlandıran müraciətlər edir.
Almaniya Bundestaqı səfirliyin məktubuna cavabında bildirib ki, sözügedən deputatların səfəri Almaniya Bundestaqının adından həyata keçirilmiş səfər hesab edilə bilməz və səfərlə bağlı xərclər Bundestaq tərəfindən ödənilməyib. Həm Almaniya XİN, həm də Bundestaq bu səfərin deputatların şəxsi təşəbbüsü əsasında baş verdiyini bəyan edib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın Fransadakı səfirliyi tərəfindən də Fransa Senatının nümayəndəsinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar KİV-də 23 sentyabr tarixində verilən məlumat araşdırılacaq və zəruri tədbirlər görüləcək: “Azərbaycan Respublikasının razılığı olmadan işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında" qanununun pozulmasıdır. Bu kimi şəxslər Azərbaycan Respublikası tərəfindən “arzuolunmaz şəxslər” siyahısına daxil edilirlər. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər ki, onlar separatizm, etnik təmizləmə, insaniyyətə qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verməkdə rol oynayırlar. Eyni zamanda bu şəxslərin əməlləri humanizm prinsiplərinə və beynəlxalq humanitar hüquqa zidd olaraq, işğal olunmuş ərazilərdən qovulmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə və hüquqlarına qarşı hörmətsizlikdir. Özlərini millət vəkili adlandıran bu kimi şəxslər belə qeyri-humanist və hüquqa zidd əməllərinə görə öz ölkələrinin seçiciləri qarşısında daşıdıqları məsuliyyəti də dərk etməli və onlara hörmət yanaşmalıdırlar”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024