Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-10-2020, 08:49)
«Diplomatik təziqləri neytrallaşdıracağıq» - Yola davam!


«Diplomatik təziqləri neytrallaşdıracağıq»
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb. Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin qəflətən gərginləşməsi ətraflı müzakirə olunub. Danışıq zamanı genişmiqyaslı hərbi əməliyyatların davam etməsi ilə bağlı ciddi narahatlıq ifadə olunub.

Vladimir Putin və Emmanuel Makron münaqişə tərəflərini tez bir zamanda və atəşi tamamilə dayandırmağa, gərginliyin deeskalasiyasına və maksimal dərəcədə təmkinlik göstərməyə çağırıblar. Dağlıq Qarabağ böhranının siyasi-diplomatik yolla həllinin alternativsiz olduğu qeyd olunub. Bu məzmunda, hər şeydən əvvəl ATƏT-in Minsk Qrupu formatı çərçivəsində gələcək əməkdaşlığın konkret parametrlərinə baxılıb.

Tərəflər silahlı qarşıdurmaya dərhal son qoyulması və danışıqlar prosesinin bərpasının xeyrinə Minsk Qrupunun həmsədr dövlətləri (Rusiya, Fransa və ABŞ) liderləri adından bəyanat verməyə hazır olduqlarını bildiriblər.

Bu telefon danışığını “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu danışığın bizim üçün heç bir əhəmiyyəti yoxdur. Analitik qeyd edib ki, 27 ildir, mənasız danışıqlarda iştirak etdik. Amma nə Rusiya, nə Fransa proseslərə təsir etdi:

“İndi isə əl-ayağa düşüblər və görürlər ki, Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar aparır. Əlbəttə ki, müəyyən qədər təzyiq etməyə çalışacaqlar, lakin bu dəfə yanımızda Türkiyə var. Qardaş ölkə bütün diplomatik təziqləri neytrallaşdıracaq, ordumuz rahat şəkildə hədəflərinə çatacaq.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan parlamentdə çıxış edərək Azərbaycana hərbi dəstəyini davam etdirəcəyini və atəşkəsin mümkün olmayacağını qeyd etdi. Bizə Türkiyədən bu cür dəstək var. İşimizi yarımçıq qoya bilmərik”.

E.Şahinoğlu vurğulayıb ki, hələ beynəxalq aləmdən çox zənglər gələcək. Azərbaycan tərəfi isə yalnız müəyyən şərtlər daxilində dayana bilər:
“Bu şərtləri dövlət başçımız da deyib:

“İşğalçı qoşunlar bölgəni tərk etməlidir ». Hələ ki, tərk etməyiblər, ona görə də hücumlarımızı davam etdirib, düşməni sülhə məcbur etməliyik. Düşmən qoşunlar bölgələrimizi tərk etməli və Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyətə razılaşmalıdır.

Bu şərtlər daxilində beynəlxalq birlikləri və dünya liderlərini eşidə bilərik. Neçə dəfələrlə bizi dayandırıb, proseslərə müdaxilə ediblər. İndi isə bu mənasız zənglərə fikir vermək lazım deyil, öz işimizi görməliyik.

Müharibə Ermənistanda yox, Azərbaycan ərazisində gedir. Ona görə də heç kəs bu əməliyyatlara qarşı çıxa bilməz”.
шаблоны для dle 11.2

Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024