Siyasət (31-07-2020, 13:58)
Prezidentin türkmənistanlı həmkarı ilə telefon danışığı oldu

Mediatv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qurbanqulu Berdiməhəmmədov dövlət başçısını və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və firavanlıq arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan xalqına ən xoş bayram arzularını çatdırıb.
Dövlət başçıları Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq ortaq tarixi köklərə malik xalqlarımız arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı bu yaxınlarda Azərbaycan-Türkmənistan-Əfqanıstan prezidentlərinin videoformatda keçirilən sammitinin yekunlarından məmnunluq ifadə edilib, nəqliyyat, logistika, telekommunikasiya sahələrində uğurlu əməkdaşlığın perspektivləri müzakirə olunub, Lapis-Lazuli nəqliyyat dəhlizinin Azərbaycanın nəqliyyat infrastrukturuna birləşdirilməsinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
22 06 2025