Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-06-2020, 14:14)
“Su ilə bağlı qurumların rəhbərləri parlamentə dəvət olunsun”

 Milli Məclisin deputatı Razi Nurullayev ölkədə suvarma və içməli suyla bağlı olan problemə toxunub. 
Mediatv.az xəbər verir ki, deputat feysbuk səhifəsində bildirib ki, hazırda bu sahəyə illər ərzində ayrılan vəsaitlərin əldə olunması, konkret sahələrə və idarələrə yönəlik vəsaitlərin aşkara çıxarılması və xərclənməsi üzərində işləyir: “Bizim millət vəkili olaraq ölkə və seçicilərimiz qarşısında öhdəliklərimiz var və bu öhdəlikləri yerinə yetirmək üçün heç kim və heç nə bizə mane olmamalıdır və mənə mane ola bilməz. Bunu birmənalı deyirəm. İnanıram ki, millət vəkilləri də bu məsələdə daha sərt mövqe sərgiləyəcəklər. Keçən plenar iclasda bunun şahidi olduq, onlarla millət vəkili bu məsələləri dedi və çağırış etdi. İndi isə məsələ demək və çağırış etməklə bitməməlidir və mənim üçün bu mərhələ bitib.
Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinin rəhbərlərinin Milli Məclisə dəvət olunmasını istəyirəm və hörmətli həmkarlarımdan da bu məsələdə dəstək gözləyirəm. Hazır qovluqla gəlmək və məni narahat edən suallara açıq olaraq cavab almaq istəyirəm.
Elə təmsil etdiyim İmişli rayonunun suvarma və içməli su sahəsində olan çox ciddi mənfi halları da açıq olaraq səsləndirmək zamanıdır.
İllərlə yığılıb qalan problemlər var. İndiyə qədər də bu məsələlərin həll olunmaması və prioritet olaraq önə çəkilməməsi qaranlıq məqamlardan xəbər verir. Ümumiyyətlə, bəzi yüksək vəzifəlilər işlərini elə qururlar ki, müəyyən sahədə olan problemlərin həlli zamanı daha çox vəsait silmək mümkün olsun. Əgər bir problemin həlli daha vacibdirsə, amma oradan az büdcə vəsaiti silmək mümkün olacaqsa, onu qovluqların lap alt hissəsinə qoyurlar və ya cənab Prezidentə təqdim etmirlər.
Bir dəfə plenar iclasda səsləndirmişəm, buradan yenə də təkrar edirəm. Milli Məclisin deputatlarından ibarət nəzarət mexanizmi yaradılmasına ciddi ehtiyac var. 5-6 nəfərlik deputat korpusundan yaradılan bu komissiyalar təhkim olunduqları dövlət qurumlarına nəzarət funksiyasını yerinə yetirsin və ehtiyac duyulduğu təqdirdə həmin qurumun fəaliyyətini Milli Məclisin müzakirəsinə çıxarsın, həm də o qurumun şəffaf fəaliyyətinə görə məsuliyyət daşısın”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024