Siyasət (4-11-2019, 19:09)
“Vətəndaşlar sağ olsunlar ki, məlumat verirlər”

Mediatv.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşdə deyib.
O qeyd edib ki, bəzi hallarda tikinti üçün yerlər zəbt olunur, bəzi hallarda sərəncamlar qanunsuz olaraq verilir, ağaclar qırılır:
“Vətəndaşlar sağ olsunlar ki, bir çox hallarda belə vəziyyətlə üzləşdikdə müvafiq orqanlara məlumat verirlər. Yəni, bu, ictimai nəzarətin mövcudluğu deməkdir. Bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir. Bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü. Yəni, bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirdilər. Bir çox hallarda həyətlərdə evlərin tikintisi baş verirdi. Əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi. Sonra bu məsələyə son qoyuldu. Yəni, şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və əlbəttə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin. Əlbəttə ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır”.
https://qafqazinfo.az/news/player?id=268644&l=/uploads/files/Запись_2019_11_04_17_53_33_847.mp4

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
13 06 2025
13 06 2025