Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-02-2019, 17:00)
Əli Əhmədov: "Radikal müxalifət Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürür"

 
Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanır, bizim inkişafımızdan məyus olurlar. Müxtəlif formada inkişafın qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar.
Mediatv.az  Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi - sədr müavini Əli Əhmədov YAP-da gənclərlə keçirilən görüşdə deyib.
İcra katibi bildirib: "Bəlkə də bunu normal qəbul etmək olar. Çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başa düşüləndir. Başa düşülməyən isə odur ki, ölkəmizin daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqları təhrif edərək vətəndaşları çaşdırmağa çalışanlar var. Mən cəmiyyətin çox cüzi hissəsini təşkil edən radikal müxalifətə demək istəyirəm ki, Azərbaycanda söz azadlığı təmin edilir. Ancaq bundan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var".
Ə.Əhmədov qeyd edib ki, müxalifətin bir hissəsi olan radikal müxalifət mitinqdən qarşıdurma yaratmaq üçün istifadə edir:
"Onlar söz və fikir azadlığından Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər. Onlar öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Bəzi hallarda bir yerdə də fəaliyyyət göstərirlər və onların tapşırıqlarını yerinə yetirirlər. Bu mənada Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər bu həqiqətləri öz həmyaşıdlarına, dostlarına izah etməyə borcludurlar. Bu, partiya üzvü olaraq onların daşıdığı vəzifədir".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
11 11 2024