Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (31-01-2019, 13:30)
Qazaxıstan parlamenti Xəzərin statusu haqqında konvensiyanı təsdiqlədi

Qazaxıstan parlamentinin deputatları plenar iclas zamanı Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya edib.
Mediatv.az  xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.
Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənəd ötən il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında təsdiq edilib. Bu məsələ ilə bağlı 22 il ərzində beş sammit keçirilib. Nəhayət, avqustun 12-də keçirilən beşinci Zirvə toplantısında Xəzərin dibinin “dəniz prinsipi”, suyunun isə “göl prinsipi” əsasında bölünməsi razılaşdırılıb.
Konvensiyaya əsasən, Xəzər xüsusi hüquqi statusa malik olacaq. Xəzər dənizinə nə BMT-nin dəniz hüququna dair 1982-ci il Konvensiyası, nə də transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplər şamil oluna bilər.
Sənədə görə, Xəzərin su səthinin əsas hissəsi tərəflərin ümumi istifadəsində qalır, dibi və faydalı qazıntılar isə qonşu dövlətlər arasında beynəlxalq hüquq normalarına uyğun bölünür.
Beləliklə də, bütün Xəzəryanı ölkələr gəmi nəqliyyatı, sualtı boruların çəkilməsi və digər əsas məsələlərdə ümumi razılığa gəliblər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
12 11 2024