Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-10-2018, 14:30)
Bolton Azərbaycana səfərin məqsədi barədə

Bolton Azərbaycana səfərin məqsədi barədə

 

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycan, Ermənistan və Gürcüstana səfəri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geosiyasi rolun vacibliyini dəyərləndirəcək.

Mediatv.az xəbər verir ki, o, bu fikirlərini jurnalist Xyu Xyuittuya müsahibəsində deyib. 

Rusiyaya səfərindən danışan Bolton deyib ki, Moskvaya Rusiya və ABŞ arasındakı münasibətlərin yaxşılaşması və ölkələr arasında birgə fəaliyyət zamanı ortaya çıxan problemlərin müzakirəsi üçün gedir.

“Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə prezident Donald Tramp və prezident Vladimir Putin arasında olmuş görüşün davamı kimi ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir”, - Bolton deyib. 

Prezidentin müşaviri qeyd edib ki, həftədə bir dəfə gündəlikdəki məsələləri müzakirə etmək üçün Pentaqon rəhbəri Ceyms Mettis və dövlət katibi Maykl Pompeo ilə işgüzar səhər yeməyi yeyir. Eyni zamanda, bu görüşlərdən birində tərəflər Rusiyaya səfər ətrafında fikir mübadiləsi aparıblar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024