Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Gündəm (10-02-2018, 14:00)
Deputat: YAP xalqın mövqeyini ifadə etdi

Deputat: YAP xalqın mövqeyini ifadə etdi

 

Partiyamızın bu qərarı əslində, ümumxalq mövqeyinin ifadəsidir.

Mediatv.az Oxu.Az-a istinadən  xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı hakim Yeni Azərbaycan Partiyasının (YAP) 6-cı qurultayında Prezident İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarın qəbul edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, çünki Prezidentin uğurlu fəaliyyəti birmənalı olaraq xalqımız tərəfindən dəstəklənir. O, qeyd edib ki, İ. Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub:

“Prezident İlham Əliyev dövlət başçısı kimi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir. Bu illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi gənc ölkə üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib.

Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir. Ona görə də, ümumxalq partiyası olan YAP özünün VI qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürməklə xalqın mövqeyini ifadə etdi. Əminəm ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024