Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-11-2015, 10:57)
Mirmahmud Mirəlioğlu müavinini qovdu

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu müavini Oqtay Gülalıyevi vəzifəsindən azad edib.

Mediatv.az xəbər verir ki, bu barədə azvision.az-a KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib.

Partiya rəsmisi bildirib ki, Oqtay Gülalıyev vəzifəsindən KXCP sədi tərəfindən uzaqlaşdırılıb: “Müqavinlər təyin etmək və azad etmək partiya sədrinin səlahiyyətlərinə aid olan məsələdir. Yəni, bu adi prosedur qaydadır”. – deyə X. Teyyublu bildirib.

O. Gülalıyevin partiyada qalıb-qalmayacağı ilə bağlı məsələyə gəlincə, X. Teyyublu deyib ki, o partiya və Ali Məclisin üzvü olaraq fəaliyyətini davam etdirə bilər.

Hələlik O. Gülalıyevin yerinə təyinat baş verməyib.

Qeyd edək ki, “report”un məlumatına görə, O.Gülalıyevin müavinlikdən çıxarılmasına səbəb onun KXCP Ali Məclisinin sonuncu sessiyasındakı çıxışı olub. Belə ki, O.Gülalıyev çıxışında KXCP-nin siyasi kursunu sərt tənqid edib. O bildirib ki, partiyanın noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakı qeyri-məqbul qiymətləndirilməlidir. O.Gülalıyev müxalifətin, o cümlədən KXCP-nin iqtidarla keçirdikləri görüşlərə, "Bakı-2015" I Avropa Oyunlarında iştirakına iradını bildirib. KXCP sədri Mirmahmud Mirəlioğlu isə çıxışında O.Gülalıyevin təmsil olunduğu Milli Şuranı tənqid edib. M.Mirəlioğlu bildirib ki, onun müavini Milli Şura kimi qurumda təmsil oluna bilməz. Partiya sədri bunu əsas gətirərək, O.Gülalıyevi müavinlikdən azad edib.

Xatırladaq ki, O.Gülalıyev Milli Şurada təmsil olunur və qurumun mətbuat xidmətinin rəhbəridir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024