Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-11-2015, 19:53)
Mehriban Əliyeva “Biznes-20”/“Qadınlar-20” sessiyasında iştirak edib

Noyabrın 15-də “Böyük İyirmiliyin” Antalyada keçirilən Sammiti çərçivəsində “Biznes-20”/“Qadınlar-20” (“Business-20”/“Women-20”) birgə sessiyası təşkil olunub. Lent.azAzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak ediblər.

Tədbirdə əvvəlcə qaçqın qadınların problemlərinə həsr edilən videoçarx nümayiş olunub.

Sessiyada çıxış edənlər bu problemin artıq qlobal xarakter aldığını bildiriblər. Qeyd edilib ki, həlli vacib olan belə problemlərin aradan qaldırılması ilə yanaşı, onların qarşısını almaq da zəruridir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan sessiyada çıxış edərək deyib ki, sammit çərçivəsində təşkil olunan bu tədbir qadınların, xüsusilə qaçqın qadınların problemlərinin həllinə yeni bir baxış gətirəcək. Əminə Ərdoğan terrorçuluğa qarşı mübarizə, Suriyadakı vəziyyət, bu ölkədən olan qaçqınların məsələlərinə də toxunub. Bildirib ki, dünyanın müxtəlif yerlərində törədilən terror aktlarından ən çox əziyyət çəkən qadınlar və uşaqlardır. Bu problemin indiyədək həllini tapmaması təəssüf doğurur. Türkiyə Prezidentinin xanımı Antalya Sammitini suriyalı və iraqlı qaçqınların problemlərinin həllinə kömək baxımından böyük fürsət kimi dəyərləndirib.

Sessiyada digər çıxış edənlər milliyyəti və sərhədi olmayan terrorun yaratdığı təhlükələrin aradan qaldırılmasında dünya xalqlarının birgə fəaliyyətlərinin zəruriliyindən danışıblar.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024