Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (11-11-2015, 12:24)
Mahmudovun daha bir şok qəsbi üzə çıxdı - 20 milyonluq obyekt ələ keçirildi

Mahmudovun daha bir şok qəsbi üzə çıxdı - 20 milyonluq obyekt ələ keçirildi

 

Bakının Qaradağ rayonunda “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yaxınlığında yerləşən “Karvansaray” ticarət mərkəzi də MTN-dəki çete tərəfindən yağmalanan ünvanlardandır.

“Mediatv.az” “Yeni Müsavat”a istinadən xəbər verir ki, 2012-ci ilə kimi ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlunun sözlərinə görə həmin il davamlı təzyiqlərdən sonra əmlaklarını təhvil vermək məcburiyyətində qalıb: ““Karvansaray” MMC-ni biz 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başladıq. Ora ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulmuşdu. 2012-ci ilin əvvəllərində MTN generalı Nizaməddin Həmidov “Karvansaray” MMC-nin rəhbərindən 20-dən artıq dükan istədi. Demişdi ki, dükanları Eldar Mahmudov üçün tələb edir. MMC rəhbəri bizimlə məsləhət etdi, dedik ki, mağazaları verə bilmərik. Qiyamət bundan sonra başladı. Başımıza açmadıqları oyun qalmadı. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyi bizdən MTN-ə şikayət yazdı. Guya onları işlədib pullarını ödəməmişik. Şikayəti MTN yoxladı. Səlim adlı bir işçiləri 2 ay ticarət mərkəzinə gəlib-getdi. Sonda kompleksi tikənlərə 4 milyon manat borclu olduğumuzu dedilər. Yalançı borc yaratdılar. Borcun əvəzinə 40 mağaza alıb verdilər tikintini aparan briqadaya".

Sahibkar deyir ki, düşünüblər ki, bununla problemləri sona çatıb. 2012-ci ilin yazında ticarət mərkəzinin açılışına hazırlıqlara başlayıblar. Amma...

“Ticarətçilərlə də anlaşmışdıq. Xaricdən şirkətlərlə də anlaşmalar vardı. Çindən, Türkiyədən, Avropadan, Rusiyadan və İrandan şirkətlərlə razılaşmalarımıza uyğun ticarət mərkəzinə mal gətirilməli idi. 1000-ə yaxın sahibkar da orada artıq işləməyə hazırlıq görürdü. Belə bir vaxtda MMC rəhbəri MTN-ə çağırıldı. Onu 8 ay MTN-ə aparıb-gətirdilər. Hər gün səhər saat 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Sonra da qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən çıxa bilmirdi. Hazırda ağır əməliyyatdan çıxıb. Vəziyyəti çox ağırdır. Növbəti əməliyyata hazırlaşır. Bu xəstəlikləri MTN-dəki dəhşətlərdən sonra tapıb. Bunu hamı bilir. 8 aylıq dəhşətli işgəncələrdən sonra o, daha dözə bilmədiyini dedi və təsisçilikdən imtina etdi” - Elşən Kərəm oğlu bildirib.

Onun sözlərinə görə, “Karvansaray”ı onlardan MTN generalları Akif Çovdarov və Hilal Əsədov alıb: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. 8 aylıq dəhşətlərdən sonra ”Karvansaray" MMC-nin təsisçilik hüquqü Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçdi. Dedilər ki, Dilrübə İmranova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib- getmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb ora Natiq Hümbətovu qoydular. Dedilər ki, Natiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. Tutub bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar. Hərəmiz ora əlimizdə olan pulu qoyub işləyib vergi ödəyəcəkdik. Əlimizdən aldılar. Biz heç kimə şikayət edə bilmirdik. Şikayət etsəydik, bizi də ora aparacaqdılar. Bir adamın ki, şəxsi türməsi olub, biz ona nə edə bilərdik?"

Sahibkar deyir ki, ticarət mərkəzi əllərindən alınandan sonra ticarətçilər oradan qaçmağa başlayıb. Bu gün ticarət mərkəzi fəaliyyətsizdir: “Bütün bu əməliyyata Hilal Əsədov rəhbərlik edirdi, bunların ağsaqqalı odur. MTN-də zəbtetmə işlərinə o rəhbərlik edib. Biz ölkə başçısından haqq-ədalət istəyirik. Bu adamlar obyekti bizdən alıb xarabazara çevirdilər. Məqsədləri pul qazanmaq idisə, oranı niyə işlətmədilər? Niyə ticarət mərkəzinin işini iflic edib bir kənara çəkildilər? MTN generalları Eldar Mahmudov, Nizaməddin Həmidov, Hilal Əsədov, Akif Çovdarov biz sahibkların biznesini əlindən alıb işlərimizi iflic etməklə özlərinə sosial baza yaradırdılar? Bir neçə min insanı işsiz qoyub sərmayəsini batıran, sahibkarların əmlaklarını əllərindən alan bu rəzil insanların iddiaları nə idi? İçdikləri zabit andına xainlikləri bunların xislətindədir. Biz dövlətmizdən haqq-ədalətin bərpa olunmasını gözləyirik. Ölkə prezidentinin sahibkarlara və iş adamlarına dəstək verməsini alqışlayırıq. Bizə əlimizdən dəhşətli işgəncələrlə alınmış ticarət mərkəzini qaytarsınlar, özümüz qarışıq 1000-dən çox ticarətçinin orada işləməsini təmin edək. Dövlətimizə vergi ödəyib işlə təmin olunaq”.

Yada salaq ki, “Karvansaray” ticarət mərkəzi Bakının Qaradağ rayonu ərazisindəki digər iki ticarət mərkəzinin - “Binə” və “Sədərək” ticarət mərkəzlərinin qonşuluğundadır.

“Karvansaray”ın tikintisi aparılan zamanlarda ticarət mərkəzinin ölkənin 3 ən böyük alış-veriş mərkəzindən birinə çevriləcəyi haqda söhbətlər dolaşırdı. Lakin 2012-ci ildə mətbuatda digər 2 ticarət mərkəzinin sahibləri Kəbirə Məmmədova və Yusif Qədimovla yanaşı, Nizami Quliyevin də iflas həddinə çatması haqda məlumatlar yayılmağa başladı. Həmin vaxt bunun səbəbi açıqlanmasa da, indi həqiqət üzə çıxıb və “Karvansaray”ın iflas etməsinin səbəbi ortalıqdadır. Qalır “MTN işi” üzrə istintaq aparan qrupun bu faktları toplayıb hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərməsi.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024