Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-10-2015, 10:37)
AMİP sədrinin istefası qəbul edildi

img1917436AMİP Siyasi Şurasının iclası keçirilib.
Mediatv.az-ın məlumatına görə, partiyadan Musavat.com-a verilən xəbərə görə, Siyasi Şuranın gündəliyinə Yusif Bağırzadənin AMİP sədrliyindən istefası ərizəsinə baxılması və partiyanın parlament seçkilərində qeydə alınmış namizədlərinin seçki kampaniyasının gedişi ilə bağlı məsələ daxil edilib. Yusif Bağırzadənin istefa ərizəsi qısa müzakirə edildikdən sonra məsələ səs qoyulub və istefa qəbul edilib.
Gündəliyə çıxarılmış ikinci mövzu isə namizədlərin təbliğat və təşviqatı, üzləşdikləri problemlərlə bağlı olub.
Siyasi Şuranın iclasında AMİP-in qurultayına hazırlıq, qurultayın vaxtı ilə bağlı da müzakirələr olub. Qurultaya hazırlıq işlərinin tam başa çatmaq üzrə olduğu bildirilib, lakin ali toplantının dəqiq günü hələ təyin edilməyib. Qurultay parlament seçkilərindən sonra keçiriləcək.
Qurultayda AMİP-ə yeni sədr seçiləcək. Hələlik heç kim bu posta namizədliyini irəli sürməyib. Qurultayın günü təyin edildikdən sonra sədrliyə iddialıların rəsmi olaraq irəli sürülməsinə başlanacaq. “Yeni Müsavat”a daxil olan məlumata görə, AMİP-in baş katibi Arzuxan Əlizadənin və Siyasi Şuranın üzvü Əli Orucovun sədrliyə namizədliyinin verilməsi gözlənilir.
Qeyd edək ki, Yusif Bağırzadənin istefasından sonra nizamnaməyə uyğun olaraq sədrin səlahiyyətlərini baş katib Arzuxan Əlizadə icra edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024